PKK-nın siyasi qolu HDP-nin novruz təxribatı baş tutmadı - Şənlikləri dağıdıldı, 120 nəfər həbs olundu (Foto)

  • 21 mart 2016, 11:37
İstanbulun  Bakırköy rayonunda HDP tərəfdarı olan bir qrup novruz şənliyi keçirmək istəyib.

Avropa.info xəbər verir ki, İstanbulda baş vermiş terror aktı səbəbindən  qadağan edilməsinə baxmayaraq, PKK-nın siyasi qolu HDP-nin çağrışı ilə şənlik keçirmək istəyən qrupa polis müdaxilə edib.

Polisin bütün xəbərdarlıqlarını saya salmayan HDP tərəfdarlarının şənliyi dağıdılıb və 120 şəxs saxlanılıb.

Qeyd edək ki, qadağalara baxmayaraq  HDP-nin İstanbul  təşkilatı  novruz şənliyini planlaşdırdıqları yerdə keçirəcəklərini bildirərək, tərəfdarlarını Bakırköy xalq bazarı meydanına çağırmışdılar.

Oxşar xəbərlər