“Makler”ə cinayət işi açıldı

  • 22 yan 2016, 20:24

Əmlak alğı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, araşdırma zamanı əmlak alğı-satqısında vasitəçiliklə məşğul olan Samir Rzayevin saxta sənədlər əsasında "Günəş Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Z.Əhmədbəyov küçəsində inşa edilmiş yaşayış binasında ümumi sahəsi 212 kvadratmetr olan 4 otaqlı mənzilin paytaxt sakininə satılması adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən şəxsi evinin satılmasına hüquq verən notarial qaydada təsdiq olunmuş etibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər