Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:12 - 18.09.2019  
Eldar Mahmudovun “rabitə çetesi” beynəlxalq danışıqları da dinləyib
Tarix: 30-10-2015, 19:39 | Bölmə: ---

Eldar Mahmudovun “rabitə çetesi” beynəlxalq danışıqları da dinləyib

Rabitə Nazirliyinin dünya telefon xəttinə çıxışı olan məmuru həbs olundu; RN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun həbsi ilə bağlı sensasion iddialar; Qərbyönümlü məmur kimi tanıdılan Eldar Mahmudov üçün daha çox "şimaldan gələn zənglər” maraqlı ola bilərdi...

Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə "Yeni Müsavat”ın yazdıqları bir daha təsdiqlənib. Xüsusi Dövlət Mühafizə Xidmətinin birbaşa nəzarətində aparılan qanunsuz dinləmələrlə bağlı istintaqda MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin ifadələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq-red) həbslərlə birbaşa bağlı olduğu artıq heç bir şübhə doğurmur. 
 
Oktyabrın 28-də Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da saxlanılıb. 
 
***
 

Eldar Mahmudovun “rabitə çetesi” beynəlxalq danışıqları da dinləyibHəbs edilən Cəlil Cəfərov kimdir? 

 
C.Cəfərovun rəhbərlik etdiyi BƏHM cəmi bir neçə ay əvvəl hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
BƏHM "Aztelekom İB”in tərkibində 1994-cü ildə  yaradılıb. Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində ilk müstəqil qurum olan BƏHM 1995-ci ildə "Aztelekom İB”in tərkibindən çıxarılıb və birbaşa Rabitə Nazirliyinə  tabe edilib. 
 
C.Cəfərov 1972-ci ildə anadan olub. Texniki Universitetin radiotexnika fakültəsini bitirən C.Cəfərov Elmlər Akademiyasının Fotoelektronika (indiki Fizika İnstitutu) İnstitutunun aspiranturasının məzunudur. 1995-1997-ci illərdə  Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Sonradan Rabitə Nazirliyinin Telekommunikasiya İdarəsinin baş mütəxəssisi, investisiya şöbəsində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Daha sonra BƏHM-in direktoru vəzifəsinə təyin olunub. "Rabitə ustası” fəxri adına layiq görülən C.Cəfərov "Tərəqqi” medalı ilə də təltif olunub. Məlumata görə, iki övladı var.
 

Həbsin müəmması

 
Rabitə Nazirliyindəki həbslərlə bağlı heç bir rəsmi açıqlama verilmir və belə görünür ki, heç yaxın zamanda verilməyəcək də. Çünki  qanunsuz dinləmələrlə bağlı istintaq birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır. Bu iş tam olaraq Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubovun icraatındadır və ifadələrin alınmasında son dərəcə məxfilik qorunur.
 
Məhz C.Cəfərovun həbsi MTN-dəki gizli dinləmələrlə bağlı xəbərlərə yeni yön verib və sensasion iddialara   səbəb olub. Çünki həbs edilən C.Cəfərovun rəhbərlik etdiyi BƏHM Azərbaycanla dünya ölkələri arasında beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsinə məsul olub. BƏHM-in funksiyasına həmçinin beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması da daxildir. 
 
 
Bu həbs o anlama gəlir ki, MTN-in "rabitə çetesi” təkcə Azərbaycanın siyasi hakimiyyət mənsublarının ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb. Güman ki, dövlət aparatına daxil olan şəxslərin xarici dövlətlərin vəzifəliləri və diplomatları ilə telekommunikasiya təmasları da Rabitə Nazirliyindəki adamları vasitəsilə kontrol edilib. 
 
Bu arzuedilməz praktikadan Rusiya kəşfiyyatı daha çox istifadə edir və son illər bu cür beynəlxalq telefon danışıqlarının yayılması beynəlxalq skandal yaradıb. Məsələn, ötən il ABŞ dövlət katibinin müavini Viktoria Nuland və Amerikanın Ukraynadakı səfiri Geoffrey Pyattın Ukrayna müxalifətini müzakirə edən telefon danışığı internetdə yerləşdirmişdi. Həmin telefon danışığı zamanı ABŞ dövlət katibinin müavini Avropa İttifaqı barədə ədəbsiz ifadəyə yol vermişdi. ABŞ rəsmiləri telefon söhbətinə gizli müdaxilə edilməsini Rusiya kəşfiyyatının "çirkin oyunu” adlandırmışdı. 
 

MTN-in "telefonçu qrupu” 

 
 
MTN-in "telefonçu qrupu”nun da Azərbaycanın dövlət adamlarının xaricilərlə danışmasına niyə bu qədər həvəsli olmasının səbəbləri barədə ilkin mülahizələri daha da genişləndirmək olar. Məlumdur ki, Azərbaycan hakimiyyətinin Qərblə soyuq münasibətləri olsa da, Kremllə hiss olunacaq dərəcədə yaxınlaşıb. Eldar Mahmudov hələ ki bilinməyən səbəblərdən nədənsə hakimiyyətdəki "qərbpərəstlər” siyahısına daxil edilirdi. Ona görə də MTN-in daha çox "şimaldan gələn zənglərin” kontrol edildiyi versiyası haqda danışmaq mümkündür. Əgər bu  məlumatlar rəsmən təsdiqlənərsə, "MTN işi” həm də ciddi beynəlxalq qalmaqala çevrilə bilər. Məhz həbs edilənlərin ifadəsi Eldar Mahmudovun sonrakı taleyini həll edəcək.  
 
Yeri gəlmişkən,  istiqlal.az saytı Eldar Mahmudovun ailə üzvlərinin Azərbaycanı tərk etdiyi xəbərini yayıb. Məlumatda bildirilir ki, sabiq nazirin ailə üzvləri, həmçinin qayınatası E.Mahmudov işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb. Bəzi mənbələr isə Mahmudovların bir neçə il əvvəldən Londonda yerləşdiyini iddia edir...
 
"Yeni Müsavat” 
Xəbər 2127 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.47030] initstartout [0.00021] initstartin [0.00178] calstart [0.01431] calend [0.00089] topnewsend [0.01196] rsssend [0.00000] ehgend [0.00979] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.43042]