Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:59 - 14.10.2019  
Girovların dəyişdirilməsi məsələsi Varşavada qaldırıldı
Tarix: 24-09-2019, 09:37 | Bölmə: ---

Dilqəm Əsgərovun oğlu: "Onların Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi barədə razılıq əldə olunub”

Girovların dəyişdirilməsi məsələsi Varşavada qaldırıldıSentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammit öz işinə başlayıb. "Qanunun aliliyi: Demokratik qanunvericilik, məhkəmələrin müstəqilliyi və bərabər siyasi iştirakçılıq imkanları” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistanda baş verən son hadisələr fonunda baş nazir Nikol Paşinyanın davranışları, siyasi rəqiblərinə qarşı repressiya tədbirləri, habelə Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq hüquqa zidd açıqlamalarını xatırladıb və ATƏT üzvü olan ölkələrin bu məsələlərə hüquqi-siyasi qiymət vermələrini tələb edib: "Bu gün Ermənistanda faşist ideologiyasına söykənən avtoritar bir rejim möhkəmlənməkdədir.

Siyasi rəqiblərinə qarşı amansız repressiyalar tətbiq edən və ”məhkəmə islahatları" adı altında bütün ölkə məhkəmələrini şəxsi nəzarətinə almağa çalışan Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamaları nə beynəlxalq hüquqa, nə də ATƏT-in təməl prinsiplərinə uyğun deyil. "Dağlıq Qarabağ Ermənistandır, vəssalam” deyən erməni baş nazirinin bu sərsəm və qanunazidd açıqlamalarına adekvat qiymət verilməsini burada əyləşən hər kəsdən tələb edirəm".

Girovların dəyişdirilməsi məsələsi Varşavada qaldırıldıHüquq müdafiəçisi Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini də qaldırıb. O, Azərbaycan hökumətinin əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini bir daha ötən həftə rəsmi şəkildə Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara ünvanladığını xatırladıb.  

Qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə atasının yaxın zamanda azad ediləcəyinə inandığını bildirib. K.Əsgərov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, eyni zamanda Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti qurumların birgə həyata keçirdikləri işlərin bəhrəsi olaraq yaxın vaxtlarda Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək: "Buna inanıram. Məlumdur ki, Azərbaycanda da erməni diversantlar saxlanılır. Fikrimcə, onların erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi barədə razılıq əldə olunub. Bununla bağlı Ermənistan baş nazirinin köməkçisi və müdafə naziri də açıqlama verdi ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun dəyişdirilməsi prosesi istisna deyil. Bunu Ermənistanın xarici işlər naziri də təsdiqləmişdi. Ümid edirəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək və onlar ailələrinə qovuşacaqlar”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların hazırda Şuşada saxlandığı bildirilir.

"Yeni Müsavat”

Xəbər 414 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı
Qarabağ üçün mühüm dönəm - “Vəziyyət ciddiyə dəyişməsə...”
Çin qarşısıalınmaz qüvvə və təhlükədirmi?
Azərbaycanlı vəkil Rusiyada partiya yaradır – SSSR
Gəncədə şəhidə biganəlik! "Ruzigar bulağı" susuz qalıb - Fotolar
"Keşikçi qala" sərhəd zastavası istifadəyə verilib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31798] initstartout [0.00019] initstartin [0.00074] calstart [0.00921] calend [0.00054] topnewsend [0.00458] rsssend [0.00000] ehgend [0.02367] tagsstart [0.00114] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27787]