Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:54 - 19.10.2019  
Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Tarix: 21-09-2019, 23:54 | Bölmə: ---

Azərbaycanın sonuncu çağırış parlamenti indiyə qədər olanlardan öz "unikallığı” ilə xüsusi olaraq seçilir. Yaxşı ki, belə bir məclisimiz var. Çünki ölkədə artıq bir neçə ildir durğun siyasi-ictimai həyatın hökm sürməsinə baxmayaraq, hazırkı parlamentin bir çox üzvləri sanki bir yerdə qərar tuta bilmirlər, gah əcaib açıqlama verib, sonra təkzib edirlər, gah bu gün tənqid etdiklərini sabah tərifləyirlər, gah hansısa ölkələrdə yeni-yeni biznesləri, obyektləri üzə çıxır, gah vergi əməkdaşlarını döydürürlər və sair. Bir sözlə, camaatı darıxmağa qoymurlar və bununla da ictimaiyyət, mətbuat üçün gündəm yaradırlar ki, buna görə də onlara "təşəkkür” düşür.

Ancaq son hadisə, yəni Rəfael Cəbrayılov adlı millət vəkilinin (!) öz deputat vəsiqəsini 300 min ABŞ dolları məbləğində borc qarşılığında girov qoyması həm bütün əndazələri, həm də Azərbaycan sərhədlərini belə aşan bir hoqqadır. Çünki deputat mandatının pul müqabilində girov qoyulması təkcə Azərbaycan deyil, dünya parlamentləri tarixinə düşə biləcək bənzərsiz hadisədir…

Çoxları bir zamanlar keçmiş deputat Gülər Əhmədovanın ABU rektoru Elşad Abdullayevlə mandat alverini məsxərəyə qoyub, bunu qeyri-adi hadisə kimi qələmə verirdilər. Ancaq Gülər xanım yenə də deputat mandatını bu qədər urvatsız etməmişdi, "gül kimi” qiymətlər qoymuşdu, onun dövründə və "bazarında” vəsiqənin qiyməti daha yüksək idi, milyonlar havada uçuşurdu – eşidirdin ki, filankəs 3 milyon verdi, başqa biri 5 milyon verdi və sair. Yeri gəlmişkən, elə həmin Gülər Əhmədova indiki "qəhrəmanımız” Rafael Cəbrayılova da deputat mandatı "təşkil etdiyini” demişdi. Hətta mətbuatda yazılanlara görə, birinci depuatatlığı R.Cəbrayılova 3 milyona başa gəlibmiş…

Və soruşan da yoxdur ki, bu adam birinci deputatlığı dövründə nə etdi, nə xidmət göstərdi, nəylə seçildi ki, onu hələ ikinci dəfə də deputat etdiniz?

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…

 

 

Hələ görün həmin bu R.Cəbrayılov özü baş verənlərə necə qiymət verir: "Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Bu, "qarantiya məktubu” kimi bir şeydir…”

Bundan da açıq etiraf ola bilərmi? Yəni adam boynuna alır ki, onun üçün deputat mandatı bir bank hesabıdır, "qarantiya məktubudur” daha nə bilim nədir. Yəni maddi dəyəri olan bir şeydir və qətiyyən xalqın göstərdiyi etimad (əgər göstəribsə-red.), qürur, şərəf mənbəyi və s. kimi mənəvi dəyərə malik deyil! Özü də bu yanaşma təkcə ona yox, parlamentdə oturan əksər biznesmen-deputatlara aiddir. Və bu adamlar hələ özləri üçün maaş, pensiya, imtiyaz davası da edirlər…

Yeri gələndə, mənliyinə hörmət edən adi sürücü belə, öz sürücülük vəsiqəsini nəyinsə müqabilində girov qoymağı özünə rəva bilmir. Bu adamınsa deputat vəsiqəsi illərdir girovluqdadır… Yeri gəlmişkən, maraqlıdır, görəsən R.Cəbrayılov bu neçə ildə Milli Məclisin binasına vəsiqəsiz necə girirmiş, dövlət tədbirlərində necə iştirak edirmiş, "QAİ”-yə nə göstərirmiş, xaricə, ora-bura uçanda deputatlara aid imtiyazlardan necə istifadə edirmiş və s. Hər halda bir çıxış yolu tapıb və yəqin ki, "dublikat” çıxartdırıb…

"Mandat” və "manat” sözlərinin arasında cəmi bir hərf fərqi var. Və görünür artıq mandat da manat kimi, kəskin devalvasiyaya uğrayıb və həm dəyərini, həm də "d” hərfini itirib. Çünki vaxtilə 3 milyon qiymətləndirilən bir şeyin 300 minə qədər ucuzlaşmasına ad qoymaq çətindir. Normal bir ölkədə, əlbəttə ki, bu hadisəyə görə deputatı mandatdan məhrum edə bilərlər, siyasi səhnədən silərlər, yaxud da özünə hörmət qoyan millət vəkili elə özü abırına sığınıb, mandatından imtina edər. Ancaq bizim halda bunların nə birincisi var, nə də ikincisi baş verir…

Məsələnin bir maraqlı tərəfi də qarşı tərəfin, yəni borc verənin mandata 300 min dollar qiymət kəsməsidir. Doğrusu, demək çətindir – ucuz qiymətləndirib, yoxsa həddindən artıq şişirdib. Adama elə gəlir ki, parlamentimizin bugünkü acınacaqlı durumunu, ölkənin taleyində, bugünündə və sabahında oynadığı, həm də oynamadığı rolu, deputatların traqikomik açıqlamalarını, bir çoxlarının savadsızlığını və millət vəkili adını daşımağa layiq olmadığını, belə adamların oraya yığışmasının əsas səbəbinin və məqsədinin nə olduğunu görən, anlayan bir Azərbaycan vətəndaşı deputat mandatına 300 min ABŞ dolları qiymət kəsirsə, buna da şükür! /AzPolitika.info/

Xəbər 3578 dəfə oxunub






Oxşar xəbərlər

“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34038] initstartout [0.00022] initstartin [0.00109] calstart [0.01312] calend [0.00079] topnewsend [0.00810] rsssend [0.00000] ehgend [0.00992] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30614]