Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:56 - 15.08.2018  
İki gənc xanəndənin faciəvi hekayəsi - qəza, yoxsa qətl...
Tarix: 3-08-2018, 09:34 | Bölmə: ---

Dəhşətli hadisənin mübhəm məqamları var; Miryusif Mirizadəni öz dostu Novruz Hüseynovun öldürdüyü iddia olunur, ancaq... 

Avqustun 1-də gənc xanəndələr  Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı. Əvvəlcə bildirildi ki, gənc xanəndələr qəzaya düşərək, dünyalarını dəyişiblər. Sonradan isə məlum oldu ki, bu, qəza deyil. Çünki qəza sonrası avtomobili idarə edən Novruz Hüseynovun meyiti avtomobildə tapılmayıb. Avtomobildə olan digər gənc xanəndə Miryusif Mirizadənin  meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.

Avqustun 2-də səhər saatlarında N.Hüseynovun meyiti isə Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.

Məlum olub ki, avtomobildə meyiti tapılan Miryusif Mirizadə xalq artisti Arif Babayevin tələbəsidir.

Miryusif Mirizadənin şəxsi barəsində məlumat almaq üçün Arif Babayevlə əlaqə saxladıq. A. Babayev "Yeni Müsavat”a bildirdi ki,  Miryusif  3 il onun tələbəsi olub: "Miryusifə dərs deyirdim. Onu çox yaxşı tələbə kimi xatırlayıram. Özüm də sabah onların kəndinə gedəcəm. Hadisə mənə də təəccüblü gəldi. Orada öyrənəcəm ki, nə üçün bu cür hadisə baş verib. Doğrusu, hazırda hadisə ilə bağlı yalnız mətbuatdan oxuduqlarımı bilirəm. Onu deyim ki, Miriyusifin gözəl səsi vardı. Çox sakit, ağıllı, tərbiyəli tələbə idi. Heç zaman onun hər hansı bir xoşagəlməz hərəkətini görməmişəm. Xəbəri eşidəndən sonra özümə gələ bilmirəm. Miriyusifin qəti şəkildə yad əməllərlə işi olmazdı. Ancaq onunla maşında olan digər şəxsi tanımıram. Buna görə də həmin şəxs barəsində heç bir söz deyə bilmərəm. Allah hər ikisinə rəhmət eləsin”.

Xanəndələrlə bağlı arayış:

Avtomobilin sürücüsü olan və meyiti hadisədən bir gün sonra kanaldan tapılan xanəndə Novruz Hüseynov 1990-cı il may ayının 3-də Ağdam rayonunda dünyaya gəlib. O, Bakı Mədəni Maarif Texnikumunda, Bakı Humanitar Kollecində və Milli Konservatoriyada təhsil alıb. 2015-ci ildə Azərbaycan Televiziyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Televiziya Muğam Müsabiqəsinin iştirakçısı olub.

Meyiti avtomobildə tapılan və üzərində çoxsaylı bıçaq yaraları olan xanəndə Miryusif Mirizadə 30 iyul 1989-cu ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili alıb. O, 2015 Televiziya Muğam Müsabiqəsinin laureatı olub. Hər iki xanəndə yaxın dost olublar.

İki gənc xanəndənin faciəvi hekayəsi - qəza, yoxsa qətl...

 

Məsələ ilə bağlı rəsmi məlumat almaq üçün hadisənin araşdırıldığı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan "Yeni Müsavat”a bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır. Ona görə də hələ ki konkret açıqlama verə bilməzlər.

Bərdə Rayon Prokurorluğundan report-a verilən məlumatda isə qeyd olunub ki,  avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirlən xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilib.

Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə azvision.az saytına bildirib ki, onlar hadisənin necə baş verməsi, motivləri barədə məlumatsızdırlar. Onun sözlərinə görə, qardaşı oğlunun bədənindəki yaralar ekspertiza zamanı şübhələr doğurub: "Xəbəri ilk bilən qardaşım olub. O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsinin əməkdaşları ”morq"a aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək".

Mərhumun qohumu deyib ki, Miryusif Mirizadə və Novruz Hüseynov yaxın dost olublar.

Avqustun 2-də günün ikinci yarısında yayılan məlumatda isə qeyd olundu ki, yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib.

Report-un yaydığı  məlumata görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Xəbər 598 dəfə oxunub






Oxşar xəbərlər

Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub- VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
700 bal toplayanlara telefon hədiyyə verildi
Taliban Əfqanıstanda hərbi bazanı ələ keçirdi
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Bakıda da dollar yandırdılar - VİDEO - YAŞASIN ƏRDOĞAN!
Füzulidə yol tikintisinə 4,7 milyon manat ayrıldı
DİN və Ekologiya Nazirliyi Xəzərin sahilində reyd keçirdi - 65 minlik CƏRİMƏ
Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT
Türkiyənin ordu generalı Bakıya gəldi – Foto
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16370] initstartout [0.00020] initstartin [0.00098] calstart [0.01230] calend [0.00064] topnewsend [0.00551] rsssend [0.00000] ehgend [0.02247] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12077]