Şabranın icra başçısı yanğına görə enerjinin kəsiləcəyi ərazilərdən danışdı

  • 29 iyul 2018, 21:52

Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında meşəlik ərazidə baş verən yanğın nəticəsində əhaliyə ziyan dəyməyib.

Bunu REAL-a müsahibəsində Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov deyib.

Onun sözlərinə görə, yanğın zamanı elektrik xəttlərinin dirəkləri yanıb.

"Yanğının qarşısının alınması üçün əhali də səfərbər olub. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyməyib. Elektrik xətlərinin dirəklərinin bərpası ilə bağlı işlərə başlanılıb”, - deyə İcra başçısı bildirdi.


Oxşar xəbərlər