Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:43 - 21.11.2018  
Fəlakətdən zövq alanlar... - Əli Həsənov YAZIR
Tarix: 4-07-2018, 19:33 | Bölmə: ---

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov facebook sosial şəbəkəsində son baş verən olaylara bağlı öz mövqeyini açıqlayıb.

Əli Həsənov YAZIB:

Fəlakətdən zövq alanlar... - Əli Həsənov YAZIR* * * * *

Fəlakətdən zövq alanlar...

Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar.

İyulun 3-də 42-45 dərəcəyə yüksələn isti havanın təsiri ilə ölkənin enerji təminatında mühüm rol oynayan Mingəçevir İES-də baş vermiş qəzadan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladılar. Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı dərhal alındı, ən əsası isə, vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu.

Dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirildi, onun özü və mühafizəçisi yaralandı. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olundu, dövlət başçısının tapşırıqları alındı, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanıldı.

Hər kəs yaxşı bilir ki, heç bir ölkə fövqəladə haldan, təbii fəlakətdən, böyük qəzalardan və kriminal hadisələrdən sığortlanmayıb. Hazırlıq dərəcəsindən asılı olmayaraq, fövqəladə situasiyaların yaratdığı gözlənilməzlik effekti hər bir ölkədə müəyyən fəsadlar ortaya çıxarır. Ölkəmizdə kriminogen durum sabit olsa da, cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropada sonuncu yerlərdə qərar tutsa da, törədilən cinayətlərin açılma səviyyəsinə görə öncül mövqeləri bölüşsək də, insan canına qəsd tipli hadisələr cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yarada bilir. Belə cinayət tanınmış şəxslərə qarşı törədiləndə isə onun doğurduğu ajiotaj daha böyük olur.

Azərbaycanda baş vermiş həm son fövqəladə qəzanın, həm da məlum kriminal hadisənin eyni vaxta düşməsi, əlbəttə ki, əlavə gərginlik yarada bilən hal kimi xarakterizə edilə bilər. Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər - hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir. Lakin təəssüf ki, hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır.

İnsan faciəsi, baş verən fəlakət yalnız dövlət qurumları üçün deyil, ümumilikdə bütün cəmiyyət üçün, siyasi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər bir şəxs üçün bir kamillik imtahanı, sınaq anıdır. Bir şəxsin düçar olduğu bədbəxt hadisədən, insanların rastlaşdığı kütləvi faciələrdən zövq almaq, yaxud bundan öz maraqları naminə bəhrələnməyə çalışmaq indiyə qədər heç kimə divident qazandırmayıb. Fəlakət və qəzalara bir millət olaraq nə dərəcədə hazırıq, fors major situasiyalarda dövlətin yanındayıqmı, şaiyə texnoloqlarının, antimilli ünsürlərin, dövlətimizin qəsdinə hazır duranların fəaliyyətinə, işbazların bazarına meydan tanıyırıqmı? Dünənki hadisəlr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm...

Təəssüf ki, bu dəfə də istisnalar oldu. Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi "milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni "məxfilik pərdəsi” hesab edərək insanları "bankları dağıtmağa”, "Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti - dövlət məmurunun həyatına sui-qəsdi "digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər. Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə məlumdur. Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror, polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən "siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə ediblər?! Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir neçə il hakimiyyətdə qalsaydı gör nələr yaşanardı? Yaxud, Allah eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə olar?

Ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib "barışdırıcılıq”, "arbitrilik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə özlərinə sığınacaq tapar-tapmaz XIX əsrin rus anarxistləri üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhərmanlaşdırmağa cəhd göstərdilər. Məsələnin daha pis cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir. Bəzən vətəndaş cəmiyyətinin müxalif düşüncəli bəzi təmsilçilərinin mövqeyi də adamı əməlli-başlı çaşdırır.

Görən bunca rəzillik, yetişdikləri torpağa, kökləri ilə bağlı olduğu xalqa, dövlətə, Vətənə bunca nifrət hardandır bu adamlarda? Bunlar bu ağıllamı iqtidara gəlib dövləti idarə etmək istəyirlər? Heç kim unutmamalıdır ki, dövlətin atributları hansısa iqtidarın inhisarında deyil və olmayacaqdır. Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?

Əli Həsənov,
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi

Xəbər 1722 dəfə oxunub






Oxşar xəbərlər

"Drakon" və direktor RAZBORKASI ilə bağlı YENİ XƏBƏR - VİDEO
Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib
Türkiyədə fırtına dənizin "altını üstünə çevirdi"
Abel Məhərrəmov danışdı: "Şərəflə, ləyaqətlə..."
Dəhşətli zəlzələlər GƏLİR – QORXUNC XƏBƏRDARLIQ
Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
“ARTIQ DÜNYA NİZAMI YOXDUR” - Üç tektonik plitənin toqquşması
Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
Kamaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır"
Vensuela da ABŞ-ın "qara siyahısı"na düşdü
Fövqəlnazir də Gəncəyə gəldi
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi
Rəsul Quliyev yenə “qayıdır”
Gəncədə partlayan binadan 1 nəfər hərbçi sağ çıxarılıb
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Gələn il pambıq əkini sahəsi azaldılacaq
Gəncədə yaşayış binasında partlayış - ölən və yaralananlar var - FOTOLAR
Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Bugünün hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21530] initstartout [0.00016] initstartin [0.00088] calstart [0.01705] calend [0.00068] topnewsend [0.00631] rsssend [0.00000] ehgend [0.01285] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17659]