Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:36 - 23.05.2019  
Prezident Ilham Əliyev Saatlıdakı kütləvi zəhərlənməni xüsusi nəzarətə götürdü
Tarix: 12-06-2018, 09:45 | Bölmə: ---

Hüquqşünas: "Əgər orada biznesi quran fərdi sahibkardırsa, məsuliyyəti o daşıyır”

Prezident Ilham Əliyev Saatlıdakı kütləvi zəhərlənməni xüsusi nəzarətə götürdüSaatlıda pambıq tarlasında  kütləvi zəhərlənmə baş verib. Belə ki, rayonun Sımada kəndində tarlada işləyən 23 nəfər  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

 Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir.  Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Saatlı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, zəhərlənənlər arasında uşaq yoxdur.

İcra hakimiyyətindən "Yeni Müsavat”a bildirilib ki, zəhərlənməyə səbəbin nə olduğu araşdırılır. Hələ ki bu barədə konkret məlumat yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Saatlıda zəhərlənən pambıqçılardan 4-ü Bakıya, Toksikologiya Mərkəzinə gətirilib. Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu isə qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Qalanlarının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Məlumatlara görə, sahə dərmanlandıqdan sonra ora dərhal girmək qadağandır. Çünki həmin maddə insan sağlamlığına da zərər verə bilər. Ona görə də qaydaya görə sahə dərmanlanandan yalnız 20 gün sonra əraziyə girişə icazə verilməlidir. Görünür, Saatlıdakı tarlada işləyən şəxslər bu qaydalara məhəl qoymayıblar.

Bir ay ərzində artıq pambıqla bağlı ikinci bədbəxt hadisə baş verir. Belə ki, mayın 7-də Sabirabad rayonunun Şəhriyar kəndində traktorun qoşqusu ayrılaraq, yaxınlıqdakı su kanalına aşmışdı. Hadisə nəticəsində bir ailənin 6 qadın üzvü ölüb, iki nəfər yaralanmışdı. Həmin ərəfədə də məsələ ciddi şəkildə sosial şəbəkələrdə, mediada müzakirə obyektinə çevrilmişdi. Bir çox şəxslər bildirirdilər ki, pambıq sahələrinə  əkinçiləri daşımaq üçün xüsusi texnika ayrılmalı, oradakı işlərə nəzarət edilməlidir. Ancaq görünən budur ki, Sabirabaddakı bədbəxt hadisədən də nəticə çıxarılmayıb. Yenə də pambıq yığımına nəzarət lazımı səviyyədə olmayıb.

Baş Prokurorluq Saatlıda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.

Bəs indiki halda kimlər məsuliyyətə cəlb olunmalıdır?

"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ilk olaraq sahənin kimə məxsus olduğunu araşdırmaq lazımdır: "Əgər yer şəxsi mülkiyyətdə olan yerdirsə və orada biznesi quran fərdi sahibkardırsa, əlbəttə ki, məsuliyyəti o daşıyır. Çünki Əmək Məcəlləsi də tələb edir ki, işçi üçün müvafiq əmək şəraitinin yaradılmasını işə götürən təşkil edir. İstər orada işləyənlər qohum olsun, istərsə də kənar adamlar. Bunun heç bir əhəmiyyəti yoxdur. Qanun kim ki, işi təşkil edir və işə götürürsə müvafiq, təhlükəsiz iş şəraitini yaradılmasını da ondan tələb edir. Bu mənada əgər kimsə işi təşkil edibsə, oradakı bütün təhlükəsizlik qaydalarının yaradılmasına da o baxır. Əgər müəssisə dövlətindirsə, əlbəttə ki, bu zaman da həmin müəssisənin rəhbərliyi eyni şəraiti yaratmalıdır. Burada araşdırma aparılmalıdır ki, bu səhlənkarlıqdır, yoxsa ki, qəsddir. İnanmıram ki, bu, qəsd olsun. Yəqin ki, burada ehtiyatsızlıq, səhlənkarlıq var. Bütün bunlara görə məsuliyyəti təşkilatçı daşıyacaq və vurulan ziyanı da ödəyəcək. Məsələdə zərərin nəticəsi, ağırlığı da nəzərə alınır. Əgər maddi zərər varsa, zərər görən şəxslər müalicə alıb, xərc çəkiblərsə bunların hamısı nəzərə alınmaqla, şəxs məsuliyyət daşıyacaq”.

Müəssisənin işçini nəqliyyat vasitəsi və digər bu kimi alətlərlə təmin etməsinə gəlincə isə hüquqşünas aşağıdakıları bildirdi: "Bu, sahibkarla işçilər arasında qarşılıqlı razılaşmadan asılıdır. Tutaq ki, əgər sahibkar kimləsə razılaşıbsa ki, sən öz nəqliyyatından istifadə edib, işə gəlib-gedəcəksən. Yaxud da sahibkarla işçilər müqavilə imzalayırlar ki, onları sahəyə ayrılmış nəqliyyat vasitəsi aparıb-gətirəcək. Deyə bilmərəm ki, bu hadisədə sahibkarla işçilərin arasında hansı razılaşma olub. Ona görə də günahı konkret olaraq sahibkarın üzərinə yıxmaq olmaz. Sabah məlum ola bilər ki, işçilər öz texnikası ilə ora gəlməyi öhdələrinə götürmüşdülər. Lakin sahəyə kommunikasiyaların olması, yolun çəkilməsi, su və qida qəbulu üçün müvafiq şəraitin yaradılması əmək şəraitinə aid olan məsələlərdir. Bütün bunların hamısı sahibkarın öhdəsinə düşür. Yalnız texnika ilə və avtomobil nəqliyyatı məsələsi qarşılıqlı razılaşma əsasında həll olunur. Məsələ ondadır ki, hadisə iş dövründə, işə gəlmə və ya işdən getmə dövründə baş veribsə, onda da dəymiş zərərin aradan qaldırılması sahibkarın və ya müəssisənin boynuna düşür”.

Xəbər 2466 dəfə oxunub






Oxşar xəbərlər

Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20243] initstartout [0.00019] initstartin [0.00066] calstart [0.00839] calend [0.00047] topnewsend [0.00378] rsssend [0.00000] ehgend [0.02589] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16246]