PKK-çı qadından dəhşətli etiraf: O filmləri izlətdirib...

  • 07 iyun 2018, 22:07

Türkiyənin Şırnak vilayətində hüquq-mühafizə orqanlarına təslim olan PKK-çı qadınlar tükürpədən etiraflar edib.

Yaraqlı qadınlar dağdakı PKK-çıların təslim olmamaları üçün onlara işgəncə filmlərinin izlədildiyini bildirib.

"Dağda foto çəkdirib paylaşanlar səmimi deyil. Hər şey göründüyü kimi deyil. Şəbəkəni tənqid etmək olmur. Səhv varsa, dilə gətirə bilmirsən. Öz canından bezən insanlar oradadır. Çox peşman oldum. Mənim kimi təslim olmaq istəyən çoxdur. Aclıq, susuzluq, çətinliklər var yəni... Duyğularımızın qarşısı alınıb. Təslim olmağa meyilli olanlara işgəncə filmləri nümayiş etdirirlər”, - deyə 14 yaşlı G.B (şərti ad) bildirib.

24 yaşlı G.K (şərti ad) isə deyib ki, son 3 ildir PKK qruplaşması tənəzzülə doğru gedir.

O özünün də elə 3 il qruplaşmada olduğunu və təslim olduğu üçün sevindiyini deyib.

Oxşar xəbərlər