Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:54 - 14.10.2019  
Ermənistanda məxməri inqilab başlayır
Tarix: 21-04-2018, 09:31 | Bölmə: ---

İrəvanda siyasi ehtiraslar güclənir; qərbyönlü hərəkat rejimi inqilabla hədələdi; Serj Sərkisyanı ağır dilemma gözləyir; rusiyalı analitiklərdən erməniləri təlaşlandıran proqnoz və açıqlamalar...

Ermənistanda məxməri inqilab başlayır

Ermənistanda Sərkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Diqqəti çəkən odur ki, hərəkata getdikcə daha çox sayda gənc qoşulur. Gənclər isə istənilən ölkədə inqilabi dəyişikliklərin lokomotivi sayılır. Bu üzdən işğalçı ölkənin hakim dairələrində artan narazılıq anlaşılandır. Etirazları güc yolu ilə yatırtmaq üçün addımlar atılacağı da istisna deyil.

 

Yazı hazırlanarkən xəbər gəldi ki, nümayişçilərin lideri, müxalifətçi deputat Nikol Paşinyan bəyan edib ki, artıq məxməri inqilaba başlayır və ölkədə inqilab komitələri yaradılacaq. Ancaq məsələ ondadır ki, Paşinyanın başçılıq elədiyi hərəkat məğlub edilsə belə, bu, artıq Sərkisyana dərs olacaq, onun yeni postda legitimliyi daim şübhə altında qalacaq. Eyni zamanda son aksiyalar, vətəndaş itaətsizliyi gələcəkdə daha böyük etirazlar üçün güclü zəmin, "baş məşq” rolu oynaya bilər.

Həm də o səbəbdən ki, qarşıdakı illərdə ölkənin əsas şəxsi kimi Serj Sərkisyan nəhayət ki, erməni xalqı qarşısında duran əsas problemi - Dağlıq Qarabağ məsələsini və bu məsələnin doğurduğu irili-xırdalı digər acıları (izolyasiya rejimi, kasıbçılıq, işsizlik və ağır güzəran, xaricə kütləvi köç və s.) çözməlidir. Bu isə Azərbaycanla dil tapmadan mümkünsüzdür.

Dil tapmaq isə güzəştlərdən keçir ki, bu da Sərkisyan rejiminə baha oturacaq. Ötə yandan, konfliktin uzanması müharibə deməkdir ki, bu, ümumiyyətlə, hakim rejim üçün özünü qəsd anlamına gəlir. Habelə, Rusiyaya xəyanət edib Qərbdə nicat axtarmaq Qarabağ klanına böyük fəlakət vədi edir. Bir sözlə, Sərksyanı olduqca ağır dilemma gözləyir.

*****

Ermənistandakı son hadisələrə həmçinin, Qərb-Rusiya qarşıdurması kontekstində baxmaq lazım gəlir. Elə Nikol Paşinyanın özü və təmsil elədiyi qurum qərbyönümlü və eks-prezident Levon Ter-Petrosyana yaxın sayılır. Siyasi müşahidəçilərə görə, Ermənistanda bir həftədir davam edən dinc etirazların motivində də Sərkisyanın baş nazirliyinə mane olmaqdan daha çox, ölkəni Rusiyanın vassallığından çıxarmaq hədəfi dayanır. Sözsüz ki, rəsmi Moskva bu kimi plan və tələblərin fərqindədir.

Əlbəttə ki, Qərb çox istəyərdi ki, Rusiyanın Ermənistanda ictimai dayaqları sarsılsın. Bu yöndə Avropa və ABŞ texnoloqları və təlimatçıları şübhəsiz ki, işğalçı ölkədə altdan-altdan, sakitcə işləyirlər. Yəni Ermənistan indi - xüsusən də İrəvan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzaladıqdan sonra heç vaxt olmadığı qədər Rusiya-Qərb rəqabət meydanına çevrilib.

Doğrudur, Qərb faktiki, Rusiyanın hərbi forpostu olan, ərazisində iki rus bazası saxlayan, xarici sərhədlərini, hava məkanını belə ruslara etibar edən Ermənistana nüfuz etməyin qəliz olduğunu anlayır. Bu üzdən də qeyri-hərbi, yəni təbliğati və əks-təbliğati rıçaqları işə salmağa meyl edir, vətəndaş institutları və siyasi kəsimə stavka edir. ABŞ Dövlət Departamentinin Ermənistandakı son aksiyalara faktiki, dəstək ifadə edən açıqlaması da diqqət çəkməyə bilmir...

*****

Bəs Ermənistan uğrunda qızışan Qərb (ABŞ)-Rusiya davası, hakim rejimin "iki stulda oturmaq” siyasəti Ermənistana, Dağlıq Qarabağ məsələsinə nə vəd edir? Təhlilçilərin bu xüsusda yanaşmaları və proqnozları maraqlı sayıla bilər. 

"Nikol Paşinyan qərbyönlüdür, amma Qərb hələlik onu dəstəkləmir”. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib. "Paşinyan qərbyönlü, daha dəqiq desək, liberal müxalifətin nümayəndəsidir. Lakin bu, o demək deyil ki, Paşinyana birbaşa ödənişi Vaşinqton edir. Aydın olan əsas məsələ erməni müxalifətinin Rusiyanın əleyhinə olaraq Avropa Birliyi və ABŞ-la görüşə getməsidir. Bu səbəbə görə, erməni müxalifətinin daxilində Moskvanın ünvanına və ya Rusiyanın aktiv olduğu bütün inteqrasiya bloklarına qarşı etirazlar daha yüksək səslə ortaya çıxır”.

Lakin politoloq bütün baş verənlərə görə Qərbi günahlandırmağın da tərəfdarı deyil: "Buna görə hər şeydən əvvəl bizim öz məmurlarımızdan doğru edib-etmədiklərini soruşmaq lazımdır. Bu, Ermənistanın hakim orqanlarına da aiddir”.

Trofimçuk ardınca bildirib ki, Ermənistan müxalifəti hər zaman narahat olub və "inqilab” sözünü tez-tez səsləndirib: "Məsələn, bir müddət əvvəl də baş tutan aksiyaları bəziləri ”Elektromaydan" adlandıraraq, Ukraynadakı Maydana bənzər prosesləri başlatmaq istəmişdilər. Bu etirazlar mövcud hakimiyyəti devirə bilməz. Belə ki, heç bir məxməri inqilab variantı erməni mentalitetinin özü tərəfindən qəbul olunmur. Bunun üçün 1999-cu ildə ölkə parlamentinin güllələnməsini xatırlamaq kifayətdir. Vaşinqton çalışır ki, geosiyasi qeyri-stabillikdən istifadə etsin, Qarabağ problemi, Gümrüdəki rus bazası və digər faktorları nəzərə alıb, destabilizasiyanı Cənubi Qafqaza yenidən yönəltmək üçün lazımi zamanı gözləsin. Bunun üçün onlar Ermənistan daxilində öz mövqelərini gizlətməyən müxtəlif fərqli qeyri-hökumət, ictimai təşkilatlardan istifadə etməyə çalışacaqlar".

Bununla belə, ekspert deyib ki, Paşinyan Sərkisyanın adamı olmasa da, Serj Sərkisyana sərfəlidir. "Çünki müxalifətin aktiv etirazları rəsmi İrəvana Qərbə ölkədə demokratik proseslərin olması ilə bağlı misallar çəkməyə imkan yaradır. Hələlik erməni hakimiyyətini diktator metodlarından istifadə də günahlandırmaq çətindir. Bu isə hələlik belədir”, - deyə o bildirib.

*****

Rusiyalı digər tanınmış analitik və tarixçi alim Oleq Kuznetsovun minval.az saytına müsahibəsində söylədiyi bəzi fikirləri də burada xatırlatmağın yeri var. Sərkisyanın günün birində Putinin səbrini tükədəcəyini ehtimal edən politoloq demişdi ki, Ermənistan artıq Kremlin təsirindən çıxaraq Qərbə üz tutub və bir, uzağı iki ilə bu xəyanət baş verəcək. Bu müddətdə Türkiyə-Rusiya alyansının da güclənəcəyini, o sırada hərbi sahədə Moskva-Ankara əməkdaşlığının dərinləşəcəyinə diqqət yönəldən analitik Kremlin Ermənistanı cəzalandırmaq üçün Azərbaycanın Qarabağı və digər işğal altındakı əraziləri güc yolu ilə azad eləməsinə göz yuma biləcəyini söyləmişdi - təbii ki, əgər ona qədər Ermənistan rəhbərliyi ağla gəlməsə.

 

Ermənistanda məxməri inqilab başlayır

 

 

Öz növbəsində Amerika-Azərbaycan Sülhə Dəstək Fondunun baş eksperti Aleksey Sinitsin hesab edir ki, Rusiyanın birmənalı şəkildə Ermənistanın arxasında durduğu keçmiş dönəmlər daha təkrarlanmayacaq: "Ermənistan NATO ilə, Qərblə oyun oynamaqda nə qədər uzağa getsə də, Qərb Qarabağ konfliktinin Ermənistanın xeyrinı həll edə bilməyəcək və Rusiya güc qütbü kimi bunun qarant olacaq”. Onun qənaətincə, Azərbaycanın 2016-cı ilin aprelindəki kimi 23- blits-hücumu kifayətdir ki, Ermənistan bir dövlət olaraq dağılıb getsin, erməni cəmiyyəti 2016-cı ildəkindən də dərin depressiya vəziyyətinə düşsün.

Yada salaq ki, "4 günlük” aprel müharibəsi zamanı Ermənistanın hərbi rəhbərliyi (müdafiə naziri Seyran Ohanyan və başqa generallar) dərhal istefaya getmişdi. Bəzi generallar isə hələ də həbsdədir...

P.S. Qəzet çapa gedərkən Ermənistanda ümumxalq etirazları davam edirdi.

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 4034 dəfə oxunub






Oxşar xəbərlər

PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35419] initstartout [0.00028] initstartin [0.00150] calstart [0.01917] calend [0.00105] topnewsend [0.01127] rsssend [0.00000] ehgend [0.01627] tagsstart [0.00128] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30330]