Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:58 - 22.03.2019  
Kəlbəcər işğalı - 25 il ötür
Tarix: 2-04-2018, 08:41 | Bölmə: ---

Ərazicə ən böyük strateji rayonumuzun əldən getməsi Azərbaycana baha başa gəldi

Kəlbəcər işğalı - 25 il ötürAprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 25 il keçir. 1936 kvadratkilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.

Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Ovaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın "qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. Hazırda Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 44 rayon və şəhərində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə məskunlaşıblar.

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alırdı ki, artıq 25 ildir ermənilər bu təbii sərvətləri talan edirlər.

Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Artıq 25 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar. 1993-cü ilin aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmir. İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini - Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirir. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda məskunlaşdırır. Eyni zamanda son vaxtlar yayılan xəbərlərə görə, Ermənistan Rusiyanın bəzi şirkətlərini Kəlbəcərin dünyaca məşhur olan təbii sərvətlərini - müalicəvi əhəmiyyətli istisuyu, civə və qızıl yatağını işləməyə cəlb edib. Kəlbəcərin təbii sərvətləri bu şəkildə talan edilir.

Hər il olduğu kimi, bu il də Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilməsi planlaşdırılır. Şəhidlər Xiyabanında uyuyan şəhidlərin məzarlarının ziyarət olunacaq. Eyni zamanda Kəlbəcər Rayon İcra Hakimiyyətində də rayonun işğalının ildönümü ilə bağlı tədbir keçiriləcək, İcra Hakimiyyətinin binası yaxınlığında bu yaxınlarda inşa edilmiş Şəhidlər Memorial Kompleksi ziyarət ediləcək.

Demokratik.Az

Xəbər 3284 dəfə oxunub






Oxşar xəbərlər

Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12318] initstartout [0.00012] initstartin [0.00053] calstart [0.00651] calend [0.00039] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.01306] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09924]