Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:10 - 22.02.2018  
Artur Rəsizadənin 22 illik postuna kim sahib çıxacaq? YENİ BAŞ NAZİR GƏLİR!
Tarix: 13-02-2018, 08:17 | Bölmə: ---

Artur Rəsizadənin 22 illik postuna kim sahib çıxacaq? YENİ BAŞ NAZİR GƏLİR! Dövlət başçısı İlham Əliyevin sərəncami ilə 2018-ci il aprelin 11-nə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması, təbii olaraq, gündəmin əsas mövzusudur

Nəinki geniş ictimaiyyət, hətta siyasi-diplomatik dairələr, xarici qüvvələr üçün də böyük ölçüdə gözlənilməz olan bu qərarın verilməsinin səbəbləri ilə bağlı müxtəlif fikirlər, mülahizələr irəli sürülməkdə, ehtimallar səsləndirilməkdədir. Hər bir fikri arqumentləşdirmək üçün müəyyən əsaslar olduğundan, konkret bir nəticəyə gəlmək, məhz buna görə hakimiyyətin növbədənkənar prezident seçkilərinə getdi, söyləmək, çətindir.

Ancaq prezident seçkilərinin tarixinin, təxminən, 7 ay irəli çəkilməsi yalnız müəyyən suallar doğurmayıb, həm də bəzi qeyri-müəyyənliklərin aradan qalxmasına şərait yaradıb. Əvvala, hakimiyyətin namizədinin kim olacağı ilə bağlı yalnız siyasi elitanı deyil, həm də geniş ictimaiyyəti, eləcə də Azərbaycanda marağı olan xarici dairələri yaxından maraqlandıran suala aydınlıq gətirilib. YAP-ın yenidən prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürməsi bu istiqamətdəki müzakirələrə son qoyub.

İkincisi, Azərbaycanda prezidentin dəyişməyəcəyi, qarşıdakı 7 ildə də ölkəyə İlham Əliyevin rəhbərlik edəcəyi yəqinləşib. Əlbəttə, seçkinin rəsmi qalibi səsvermədən sonra elan olunacaq. Ancaq razılaşaq ki, nə hazırlıqsız yaxalanan müxalifət, nə də Azərbaycanda dəyişiklik istəyən bəzi xarici dairələr qarşıdakı 2 ayda İlham Əliyevə rəqib olacaq bir qüvvə kimi meydana çıxa bilər. Təsadüfi deyil ki, müxalifətin böyük hissəsi seçkidə iştirakdan imtina edib. Qatılanlar da, qalib gəlmək üçün deyil, müəyyən korporativ maraqlarını təmin etmək üçün seçkidə iştirak edəcəklər. Yəni, seçkinin nəticəsi artıq məlum olduğundan, bu istiqamətdə hansısa müzakirə açmaq mənasızdır.

Sadalanan bu səbəblərə görə, fikrimizcə, hazırda seçkinin nəticələri deyil, seçkidən sonra istefaya göndəriləcək hökumətin yenidən formalaşdırılması, yəni gözlənilən dəyişikliklər ətrafında müzakirələr açılması daha doğru olardı. Hətta bəzi ekspertlər seçkilərin, təxminən, 7 ay irəli çəkilməsini hakim komandada planlaşdırılan ciddi dəyişiklikləri sürətləndirmək niyyəti ilə bağlayırlar. Bu versiyanın tərəfdarlarının fikrincə, seçkidən əvvəl ciddi kadr dəyişikliklərinə getmək müəyyən qədər özündə risk daşıdığından, mümkün təxribat ehtimalını aradan qaldırmaq üçün dəyişikliklər seçkidən sonraya planlaşdırılıb. Ancaq islahatları ləngitmək də artıq mümkün olmadığından, seçkilərin tarixi irəli çəkilib.

Xatırladaq ki, Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunacaqlar. Bu, planlaşdırılan kadr islahatlarını daha ağrısız şəkildə reallaşdırmaq imkanı yaradır.

Bu ehtimalı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da təsdiqləyərək bildirib ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib. Bunu seçkidən sonra hakim komanda daxilində ciddi dəyişikliklərin olacağına dair rəsmi anons da hesab etmək olar. Kimlərin gedəcəyini, hansı nazirlərin dəyişdiriləcəyini, hökumətdə hansı struktur dəyişikliklərinin olacağını isə proqnozlaşdırmaq çətindir. Lakin bir məsələdə qəti əminlik var – APRELDƏN SONRA AZƏRBAYCANDA YENİ BAŞ NAZİR OLACAQ! Başqa sözlə, Artir Rəsizadənin daha bu posta təyin olunmayacağına heç kimdə şübhə qalmayıb!

Hər halda seçkiyə qədər (fevralın 26-da-müəl.) 83 yaşı tamam olacaq, səhhətində problemlər olan, əmək qabiliyyətini böyük ölçüdə itirmiş Artur Rəsizadənin yenidən baş nazir olacağını düşünmək mümkün deyil. Əslində, A.Rəsizadənin istefaya göndərilməsi azı 5 il yubanmış hadisədir. Özünün də hələ ötən prezident seçkilərindən sonra getmək istədiyi, çox zaman işə çıxmadığı məlumdur. Sadəcə, hakimiyyətdaxili konyuktura indiyədək buna imkan verməyib. Məsələ ondadır ki, son Konstitusiya dəyişikliyinə qədər hakim komanda daxilindəki qruplaşmaların hər biri, sözün əsl mənasında baş nazir postu uğrunda ölüm-qalım savaşı aparırdı. Bu mübarizədə tərəflərdən hansısa biri qəti qələbə qazana bilmədiyindən, yaşlı və yorğun Rəsizadəni istirahətə göndərmirdilər. Ancaq bu vəziyyət artıq dəyişib.

Əvvəla, son 3-4 ildə hakim komanda daxilində baş verənlər nəticəsində baş nazirliyə iddialıların sayı əhəmiyyətli dərəcədə azalıb. Hələ də iddia edənlər isə əvvəlki gücünü itirib.

İkincisi və ən əsası, Konstitusiya dəyişikliyindən sonra baş nazir postu əvvəlki əhəmiyyətini itirdiyindən, klanların bu posta marağı da nisbətən azalıb. Məlum olduğu kimi, vitse-prezidentik institutunun tətbiqindən sonra baş nazir postu hakimiyyət iyerarxiyasında 2-ci pillədən azı 4–cü pilləyədək geriləyib (Prezident hansısa səbəbdən öz səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətləri Birinci vitse-prezidentə, o da icra edə bilmədikdə vitse-prezidentlərdən birinə keçir). Belə olduqda Artur Rəsizadənin kiminləsə əvəzlənməsi, bu posta gənc, enerjili, hətta bir qədər iddialı şəxsin oturdulması, əvvəlki qədər ciddi risk daşımamaqdadır. Qısası, şərait artıq yetişib və AZƏRBAYCAN 22 İLDƏN SONRA ÖZÜNÜN YENİ BAŞ NAZİRİ İLƏ TANIŞ OLA BİLƏR!

KİMLƏRİN ŞANSI DAHA ÇOXDUR?

Prezidentin inauqurasiyasından sonra baş nazir postuna kimin əyləşəcəyi haqda proqnoz vermək mənasız işdir. Azərbaycanda kadr təyinatlarını proqnozlaşdırmaq ən qeyri-ciddi məşğuliyyətlərdən biridir. Çox nadir halda tutdurmaq olur. Mümkündür ki, baş nazir seçimində də belə olacaq – iddialılar, illərdir adı çəkilənlər kənarda qalacaq, heç kimin ağlına belə gəlməyən bir şəxs Nazirlər Kabinetinin başına keçəcək.

İndiyədək baş nazirliyə iddialı kimi onlarla şəxsin adı keçib. Həbsdəki Cahangir Hacıyevdən başlayaraq, qudası Eldar Mahmudova, Fazil Məmmədovdan klassik YAP-çılar Vasif Talıbova və Əli Əhmədova kimi… Lakin hazırda siyasi çevrələrdə, hakimiyyət dəhlizlərində 3 şəxsin adı daha çox hallandırılır. Bunlar Vergilər naziri Mikayıl Cabbarov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. K.Heydərovun və ya "Köhnə qvardiya”dan bir başqasının olması hakimiyyətdaxili status-kvonun müəyyən qədər qorunması, digər ikisinin və ya o çevrədən bir başqasının təyinatı isə balansın pozulması anlamına gələcək…

Kim daha şanslıdır, baş nazirlik uğrunda azı 10 illik marafonu kim qazanacaq, sayılı günlərdən sonra görəcəyik.(azpolitika.info)

Xəbər 1670 dəfə oxunub






Oxşar xəbərlər

Goranboy SSİ-nin rəisi iş icraçısını döydü
XİN Nalbandyana cavab verib
Stallone sağ olduğunu belə sübut etdi - VİDEO
Azərbaycanda neçə alkoqolik var? - SAY
Zakir Həsənov Belarusa səfərə gedib
Rusiya prezidentliyinə namizədlərin reytinqi açıqlanıb - Putin liderdir
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Fəttah Heydərovu təltif etdi- FOTOLAR
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi
Əhmədzadənin çörəyini yeyən narkoman kimdir?-"Özəlləşən daha bir SSİ var" (İDDİA)
ABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu-Şok
Usubov və Qaralov avtoritetləri qəbul etmədi
Məcburi köçkünlərin aylıq müavinət məbləği artdı - SƏRƏNCAM
Kuban Aqrar Universitetinin əməkdaşları ADAU-da
"Sumqayıt TP" Tacikistana kabel ixrac edəcək
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi
Prezident İran müdafiə nazirini qəbul edib
Azərbaycan XİN Fransa XİN-ə cavab verdi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat
Atəşkəs rejimi 135 dəfə pozulub
Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır
Sabiq deputatlara pensiya veriləcək
Sahibkarlar üçün mühüm qanun - borcları silinir
İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi
Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
“Azərsu”ya 15 milyon manat ayrılıb
Göygöldə 11 gündür itkin düşən gəlin Gəncədə tapıldı
“Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb” – Afət - VİDEO
Azərbaycanlı blogger Moskvada saxlanıldı
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Kök modeldən erotik FOTO və VİDEOSESSİYA
Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır
Prezidentliyə namizəd Qərbin Qarabağ proseslərinə yanaşmasını şərh edib
Düşmən atəşkəs rejimini 124 dəfə pozub
Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi
Gəncə QAİ-sinin cərimə meydançasında "ən ucuz maşınlar kolleksiyası"-RƏHİM ZALOV ÇUBUĞUNU KASIBLARA YELLƏYİR?
Qərbdən gələn diplomatlar müxalifətlə niyə görüşmürlər?
Mülayim keçən qışdan sonra kənd təsərrüfatında nə gözlənilir
Tramp ABŞ prezidentlərinin reytinqində son sırada
Bürcünüz sizə nə deyir? – 20 fevral
Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi
“Müharibə hər an başlaya bilər” - Zakir Həsənov açıqladı
Müharibə əlillərinə verilən prezident təqaüdü də artırılıb
Əli İnsanov məhkəməyə məktub göndərdi
Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb
Orduxanın yaxın qohumları dövlətə müraciət etdilər: “Ondan imtina etmişik” - VİDEO, FOTOLAR
Bloqer Tural Sadıqlının atası azadlığa buraxılıb
Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
Yol polisi DTX-nın əməliyyatına mane oldu – İşdən qovuldu
Baş nazirimiz hesabat verəcək
Livan prezidenti Ermənistana səfər edəcək
62 yaşlı əməkdar müəlliməyə cəza kəsildi - dələduzluq işi
Türkiyəli seks-manyak təcridxanada öldü - Bakıda
İraqda azərbaycanlı qadınlara ömürlük həbs cəzası verildi
Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi
Frenk Elkaponidən Qarabağ qazilərinə növbəti JEST - daha 5 mənzil hədiyyə edəcək
İsmayıllıda yanan villa Ziya Məmmədovundur? - VİDEO
Aparıcı Mətanət Əsədovanı belə öpdü - Efirdə biabırçılıq (VİDEO)
Düşmən təxribatı - atəşkəs 136 dəfə pozulub
"Cəmil Həsənli haqqımda bir xoş söz deyən kimi..." - Anar
Millimiz Avropa çempionatının qalibi oldu
Bərzani yeni seçkilərin anonsunu verdi
PKK-nın da sonu ASALA kimi olacaq - Ərdoğan
Əfv sərəncamının verilmə vaxtı dəyişdirilə bilər - SƏBƏB

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12641] initstartout [0.00025] initstartin [0.00131] calstart [0.01612] calend [0.00076] topnewsend [0.00546] rsssend [0.00000] ehgend [0.02668] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.07527]