ADPU-nun Ağcabədi filialında korrupsiya və əxlaq faktoru-POÇTA

  • 27 yan 2018, 13:55
Bu yazını həm də Azərbaycan Respubliksının Birinci Vitse-prezidenti Mehriban Əliyevaya bir müraciət, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə cinayət işinin başlanması üçün kifayət qədər təqdim edəcəyimiz faktlarla Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I bəndinə əsasən, bir vətəndaşlıq borcu kimi də qəbul etmək olar.

Ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayan mübariz qadınlarımız az deyil. Demokratik dövlət və hüquqi cəmiyyət quruculuğu sürətlə davam etdiyi bir dönəmdə rastlaşdığımız hansısa neqativ hal və bu ürəkaçmayan olayın aradan qaldırılmasından ötrü daha çox KİV-in təşəbbüs göstərməsi bir həqiqətdir. Bəs görəsən, ölkənin konstision qurluşunun müdafiəsinə məsul olan qurumlarımız bu problemlərin meydana çıxmasında hüquqi məsuliyyəti olan məmurlara qarşı cəza tətbiq etməkdə nə dərəcədə aktivlik nümayiş etdirirlər?!

Bu gün sizlərə təqdim edəcəyimiz yazı ilə əslində, hər kəsin gözü qarşısında, ancaq hər kəsdən xəbərsiz baş verən bir sıra qanun pozuntularına işıq salmağa çalışacağıq. Ağcabədi rayonunda yerləşən Azərbaycan Dövlət Pedoqoji Universditetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın başında durduğu "təhsil qaçaqmalçılığı” şəbəkəsini ifşa etməyə çalışaçağıq. Məsələnin ciddiliyinin fərqində olmaqla, direktorun əxlaqının normal olmamasından başlayaq. Əvvala onu qeyd edək ki, bu qadın Ağcabədi rayonunda yüngül əxlaqlı, qeyri-ciddi  reputasiyalı şəxs olaraq tanınır. Onun Bakı şəhərindəki villalarının birində təmir işləri aparılarkən qızı Türkanın evdə santexnik işləri aparan Emin adlı ustaya qoşulub qaçması həmin vaxt rayonda böyük dedi-qodulara səbəb olmuşdu. Ən acınacaqlısı isə həmin şəxsin evil olması idi. Türkan evdən yüksək məbləğdə pul və qızıl-zinət əşyalarını da götürməyi unutmayıb. Bir müddət sonra isə Mətanət xanım(?) tək varisinin və əmlakının böyük hissəsinin qanuni mülkiyyətçisi olan qızı Türkanla barışıq etməkdən başqa çarəsinin olmadığını düşündüyü üçün onları evinə dəvət edir və qızına toy edir. Daxili İşlər Orqanlarında işləmiş, yol verdiyi ciddi nöqsanlara görə xidmətə uyğunsuzluğu səbəbindən xidmətdən uzaqlaşdırılmış həmin kürəkəni olan Emini, Fərzəliyevanın maddi resursları hesabına yenidən polisə bərpa etmək mümkün olur və ardınca da "qaynana”nın növbəti həddiyəsi-jesti hesabına Polis Akademiyasına qəbul edilir. Özünüz düşünün daha əvvəl polisdən işdən qovulmuş birinin sonradan xidmətə qaytarılması, hələ bu azmış kimi Polis Akademiyasına qəbul edilməsinə nail olmaqla, gələcəkdə ölkənin hüquq-mühafizə orqanlarında zabit olaraq xidmət aparması heç də gələcəyimizin uğurlu sabitliyindən və yüksək peşəkarlıqla ictimai təhlükəsizliyimizdən xəbər vermir. Qayıdaq "qaynana”nın rəhbərlik etdiyi təhsil müəssisəsində olan qanun pozuntularına. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsilin kefiyyəti sıfır dərəcəsindədir. Çünki burada bütün simestr imtahanları yalnız rüşvət toplanmaqla yazılır. Öz biliyi ilə oxumaq həvəsində olanların qarşısına isə böyük əngəllər çıxardılır. Bəs görəsən, Təhsil Nazirliyinin aidiyyatı şəxsləri niyə nəzarət etməməkdə, belə ciddi boşluqlar yaratmaqda maraqlıdır? / E.Vaqifoğlu /

P.S: Bildirir ki, yazı oxucu üçün natamamlıq təsiri bağışlasa da, müəllif mövzu ətrafında müxtəlif suallara cavab axtardığını və tezliklə daha ətraflı yazı ilə çıxış edəcəyini bəyan edib.

"Demokratik.Az" yazının sonundakı anons xarakterli çoxsaylı sualları məna və məzmununa, eləcə də obyektivlik naminə dərc etməyi zəruri saymır.

Qarşı tərəfin söz haqqını tanıyırıq və səmimiyyətlə bəyan edirik!

Demokratik.Az

Oxşar xəbərlər