“HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR – Kəmaləddin Heydərov

  • 08 dek 2017, 19:58

 

Prezident İlham Əliyevin 5 dekabr tarixli sərəncamı ilə tutduğu vəzifədən azad olunan Vergilər naziri Fazil Məmmədovun "vurulmasının” səbəbləri haqda müzakirələr davam edir. Aparıcı fikir bundan ibarətdir ki, F.Məmmədov səhhətinə görə vəzifəsindən kənarlaşdırılıb.

Bununla belə, F.Məmmədovla FHN başçısı Kəmaləddin Heydərovun münasibətlərinin son illər kəskinləşdiyi xatırladılaraq, onun hakim komandadan uzaqlaşdırılmasında bu faktorun da müəyyən qədər rol oynaya biləcəyi haqda versiyalar irəli sürülür.

Kəmaləddin Heydərov Unikal.org saytına açıqlamasında bu haqda yazılanlara belə münasibət bildirib:

"Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.

Oxşar xəbərlər