Vergilər Nazirliyində yeni nazirin təqdimatı keçirilib

  • 06 dek 2017, 17:24
Azərbaycanın yeni vergilər naziri Vergilər Nazirliyinin kollektivinə təqdim edilib. "Report” xəbər verir ki, nazir Mikayıl Cabbarovu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

 

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Fazil Əsəd oğlu Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər