Azərbaycan ordusunun təlimləri Ermənistanı silkələdi

  • 27 okt 2017, 07:51
Tavuş vilayətinin İcevan rayonun Ayqehovit kənd sakinləri oktyabrın 25-də gün ərzində beş-altı dəfə güclü partlayış səsləri eşitdikləri barədə həyəcanlı məlumat veriblər.
ordu.az xəbər verib ki, partlayışların səsi Berd rayonu və vilayətin sərhədyanı digər kəndlərində də eşidilib. 
Kəndlərə ziyan dəymədiyini deyən ermənilər hər şeyin Azərbaycanın ərazisində baş verdiyini bildiriblər. 
Sərhədyanı yaşayış məntəqələrinin sakinləri həmin ərazidə Azərbaycan ordusunun yeni və daha güclü silahlarının sınaqdan keçirildiyini qorxu içində deyiblər. 
Oxşar xəbərlər