Şeyxülislam Moskvaya gedib

  • 07 sen 2017, 18:09

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Rusiyaya səfərə gedib.

Demokratik.Az Trend-ə istinadən bildirir ki, Moskvaya səfəri çərçivəsində A.Paşazadə ilə bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçiriləcək.

Görüş bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə baş tutacaq.

Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.

Demokratik.Az

Oxşar xəbərlər