Zakir Həsənov Polşadadır

  • 04 sen 2017, 18:43

Sentyabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Polşa Respublikasının milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi səfər çərçivəsində müdafiə naziri, general-polkovnik Z.Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılıb.

Demokratik.Az

Oxşar xəbərlər