Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:36 - 22.10.2019  
Səməd Vurğunun şəxsiyyətinə hücum təsadüfi deyil
Tarix: 5-08-2017, 08:27 | Bölmə: ---

Hikmət Babaoğlu,
Milli Məclisin üzvü

Səməd Vurğunun şəxsiyyətinə hücum təsadüfi deyil Səməd Vurğun haqqında danışanda, ilk növbədə, düşünüb danışmaq, onu yaxşı tanımaq, poeziyasını qiymətləndirib, ruhunu hiss edib danışmaq lazımdır. O cümlədən Azərbaycan ədəbiyyatında onun rolunu qiymətləndirməyi bacarıb danışmaq lazımdır. Və ən nəhayət, əgər onun şair kimliyindən deyil, ictimai xadim kimi kimliyindən danışırıqsa, onda da yaşadığı dövrün ictimai, siyasi, hüquqi şərtləri çərçivəsində qiymətləndirərək danışmaq lazımdır. Belə olsa daha ədalətli olar.

Əvvəla, onu deyim ki, Səməd Vurğun haqqında bu cür söz-söhbətlərin hazırda Azərbaycanın siyasi gündəliyini zəbt etməsi təsadüfi deyil. Çünki təqribən son bir ayda ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələri ardıcıllıqla izləsək, görərik ki, bəzi şəxslər Rusiya-Azərbaycan münasibətləri ilə bağlı fərqli-fərqli fikirlər səsləndirdilər. Buna cənab Prezidentin Soçi səfərindən sonra son qoyuldu. Bəzi şəxslər yenə sosial şəbəkələrdə bakılı və rayonlu söhbətini aktuallaşdırmağa çalışdılar. Ən nəhayət, bu "tendensiya"nın davamı olaraq bu gün Səməd Vurğunun şəxsiyyətinə hücum edilir. Görəsən, bu təsadüfdürmü? Görəsən, niyə birdən-birə bəzi adamların yadına Səməd Vurğun düşür? Və birdən-birə Səməd Vurğundan danışmaq, onun fəaliyyətini qiymətləndirmək ehtiyacı hiss edirlər. Mən düşünürəm ki, bu təsadüfi deyil. Bu, yenidən Azərbaycan cəmiyyətini parçalamağa yönəlmiş məkrli planın tərkib hissəsindən, onun komponentlərindən biridir. Çünki son dövrlərdə dünyada və regionda çox mürəkkəb hadisələr baş verir. Beynəlxalq münasibətlərdə sınaqdan çıxmış ənənəvi strateji münasibətlərdə qırılmalar, dağılmalar, birləşmələr baş verir. Bütün bunlar heç şübhəsiz ki, beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin, milli aktorların da davranışlarında korrektələr tələb edir. 

Çünki siyasi proseslər çox sürətlə inkişaf edir və dövrün qlobal çağırışlarına cavab verərək bununla ayaqlaşmaq lazımdır. Hazırda milli dövlətlərin çoxusu, o cümlədən Azərbaycan əslində bu mücadilə içərisindədir. Belə bir vaxtda, görünür, Azərbaycandakı sabit daxili, ictimai, siyasi vəziyyət, ictimai fikrin fəaliyyətinin cazibə mərkəzi kimi Dağlıq Qarabağ problemi, onun həlli məsələsinin müəyyənləşməsi, Azərbaycanın maraqlarına xidmət edən milli birliyin qorunması Azərbaycanı sevməyən bəzi mərkəzlərin xoşuna gəlmir. Ona görə də bu və ya digər şəkildə Azərbaycanı bölüb parçalamağa, Azərbaycanın ictimai rəyində həmrəyliyi, daxili sabitliyi pozmağa, qruplar və fərdlər arasında, fərqli dünyagörüşlü insanlar arasında toqquşma, qarşıdurma yaratmağa cəhd göstərirlər. Bu, çox qədimdən bəri istifadə olunan dərin strateji siyasətdir. Bu siyasət bəzi imperialist mərkəzlərin ənənəvi siyasətidir. Bu siyasət 1828-ci ildən bəri Azərbaycana qarşı həyata keçirilir. Ona görə də bu cür süni və uydurulmuş məsələlərlə Azərbaycanın siyasi gündəmini zəbt etmək istəyən insanların kimliyini bir sorğulamaq lazımdır. Bəzən bilərəkdən yaxud bilməyərəkdən xeyrimizə olmayan siyasətə xidmət edənlər tapılır.

Səməd Vurğunun şairliyinə gəldikdə isə, Səməd Vurğun bütün dövrlərdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərdən biridir. Səməd Vurğunun poeziyası Azərbaycanın poeziya zirvələrindən biridir. 

Səməd Vurğun Azərbaycan poetik zövqünün formalaşmasında, azərbaycanlı kimliyinin formalaşmasında, azərbaycanlı estetik və mənəvi zövqünün formalaşmasında çox böyük xidmətləri olan böyük şairdir. Məhz bu böyüklüyü də onun hədəf kimi seçilməyini şərtləndirir. Səməd Vurğun həm də çox böyük mənəviyyat adamıdır. Səməd Vurğunun nəsil şəcərəsində 500 illik bəy şəcərəsi yatır. 500 il bundan öncə bəyliyin kimlərə deyildiyini öyrənəndə görərik ki, hər adama bəy titulu verilmirdi. Bəy qədim türk ictimai münasibətlərinin, siyasi-mədəni münasibətlərinin çox böyük titulu idi. Böyük Britaniyada lord olmaq nədirsə, orta əsrlərdə və ondan əvvəlki dövrlərdə türk cəmiyyətində, Azərbaycan cəmiyyətində bəy olmaq o idi. Bəylər Azərbaycanın aristokratiyası idi. Titulun 500 il qorunması və Səməd Vurğunun atası Yusif bəyə qədər gəlib çatması, yəni sovet dövrünə qədər uzanması təsadüfi deyildi. Milli aristokratiya həmişə milli mənəviyyatın və milli maraqların qoruyucusu olubdur. Milli mədəniyyətin, milli dəyərlərin qoruyucusu olubdur. Səməd Vurğun da belə bir kökdən gəlibdir. 

Onun əsli də, nəsli də nəcabətli idi. Çünki ana tərəfindən də bəyzadə nəslinə mənsub idi. Damarlarında bəy qanı axırdı. Ona görə də bu cür insandan mənəviyyatsızlıq və satqınlıq gözləmək olmazdı. Və bu heç vaxt belə olmayıb. Səməd Vurğun o dövrlərdə, yəni 30-40-cı illərdə qatı milliyyətçi kimi ittiham olunurdusa, bu gün Səməd Vurğunu biz satqınlıqda ittiham edirik. Görün, nə qədər təzadlıdır. Səməd Vurğunun fəaliyyətinə qiymət verərkən o dövrün şərtləri içərisində qiymət vermək lazımdır. Səməd Vurğunun "Azərbaycan" şeiri Azərbaycan mənəviyyatının, Azərbaycan etno-siyasi coğrafiyasının bir tablosudur. Böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyevdən soruşanda ki, ən çox sevdiyiniz şeir hansıdır? O elə Səməd Vurğunun "Azərbaycan" şeirini demişdi. Mən düşünürəm ki, bu mənəvi bağ təsadüfi deyil. 

Və o qiymət də Səməd Vurğuna Ulu öndər Heydər Əliyev tərəfindən təsadüfən verilməmişdi. Çünki mənəviyyatsız adam Azərbaycan şeirini yaza bilməzdi. İnsanın ürəyini riqqətə gətirən, bizə Azərbaycanın hər guşəsini yenidən sevdirən bu şeiri yazan necə satqın ola bilər? Bilirsinizmi, mənəviyyatsız insan şeir yaza bilməz. Şeir quraşdırar, qafiyə tapar, amma o şeirin ruhu olmaz. Çünki mənəviyyat elə bir şeydir ki, əgər o sizin daxilinizdə yoxdursa və yaxud çirklənibdirsə, siz saf ola bilməzsiniz. Sizin poeziyanız, yaradıcılığınız başqalarına təsir göstərə bilməz. Mahnılar da elədir. Şeirlər də elədir. Hansı mahnı çox uzun yaşayırsa, bilin ki, orada çox böyük mənəviyyat, səmimiyyət və pozitiv enerji var. Bu gün Azərbaycan xalqının yarısı Səməd Vurğunun şeirlərini, poeziyasını əzbər bilir. Çünki xalqın içindən yaranan şeirdir, xalqı ifadə edən şeirdir. Səməd Vurğun az qala öz şeirlərində özündən daha çox Azərbaycan xalqını poetik dildə ifadə edirdi. Ona görə də, Səməd Vurğun həm də Azərbaycanın ilk Xalq şairidir. Kim bilir, bəlkə də bu ad ona görə düşünülüb ki, məhz Səməd Vurğuna verilsin. 

Səməd Vurğun akademik idi. Böyük filosof idi. Səməd Vurğun Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında təşəbbüskar olan böyük şəxsiyyətlərimizdən Mustafa bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov kimi adamlardan biri idi. Məhz onların təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası yaradılıbdır. Bilirsinizmi, bu qədər şeyin üzərindən xətt çəkmək olmaz. Mən Səməd Vurğunun poeziyasını təhlil etmək istəmirəm. Çünki buna ehtiyac yoxdur. Bunu Azərbaycan xalqı daha yaxşı bilir. Əgər bu gün imperializm məhz Səməd Vurğun kimi dəyərlərimiz üzərindən bizə hücum təşkil edirsə, Azərbaycan cəmiyyətini parçalamağa cəhd göstərirsə, bu çox mənəviyyatsız bir hücumdur. Və bilərəkdən yaxud bilməyərəkdən ona xidmət edən adamlar da, məncə, öz fikirlərini bir daha götür-qoy etməlidirlər. Bu gün Azərbaycana milli birlik, milli bərabərlik lazımdır. Bu gün xalqlar tarix qarşısında yeni imtahan verir. Bu gün xalqların iradəsi tarix qarşısında yenidən sınağa çəkilir. Bu imtahanın adı dövlətçilik sınağıdır. Var olmaq imtahanıdır. Çünki qlobal imperializm bu gün milli dövlətləri dağıdır.

 Mən düşünürəm ki, hadisələrə bir daha bu kontekstdən baxsaq, hər birimiz bir qədər daha məsuliyyətli ola bilərik. Olmalıyıq. Çünki indiki mürəkkəb tarixi mərhələdə məsuliyyətli olmaq, hadisələri ayıq, açıq başla izləmək, onları düzgün qiymətləndirmək hər bir Azərbaycan ziyalısının məhz mənəviyyat və vicdan borcudur. Əgər bu gün kimsə mediaya, Azərbaycan milli mətbuatına çıxa bilirsə, demək onun şəxsiyyəti hər nə qədər özünə aiddirsə, bir o qədər də cəmiyyətə aiddir. Çünki onun şəxsiyyəti ictimailəşibdir. Və o öz vicdanı qarşısında məsuliyyət daşımırsa belə və yaxud fərd olaraq nəyisə doğru, nəyisə yanlış hesab etmiş olsa belə, ictimai mövqeyində mütləq ictimai maraqlara xidmət edən açıqlamalar verməlidir. Bu açıqlamaları verənlər başa düşmürlərmi ki, bu özlüyündə cəmiyyətdə bir parçalanma yaradır. Mən düşünürəm ki, çox diqqətli olmaq lazımdır.

Məsələn, deyirlər ki, Qarabağı M.P.Vaqif satıb. Bu necə ola bilər. Bəs onda, görəsən, digər xanlıqlarımızı kim satıb? Onların ki, Vaqif adlı vəziri olmayıb. Bax görürsünüzmü, səsləndirilən ittiham ən kiçik tənqidə belə dözmür. Sabun köpüyü kimi dağılır. Hər bir tarixi prosesi elə öz tarixi şərtləri içərisində qiymətləndirmək lazımdır. Onda daha obyektiv qənaətə gələ bilərik. Bu gün dəyərlərimizə, milli-mənəvi mirasımıza sahib çıxmaq vaxtıdır. İctimai məsuliyyəti və öhdəçiliyi olan hər bir şəxs, məncə, buna əməl etməyə borcludur.
Xəbər 2309 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28008] initstartout [0.00024] initstartin [0.00123] calstart [0.01427] calend [0.00082] topnewsend [0.00669] rsssend [0.00000] ehgend [0.00956] tagsstart [0.00101] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24620]