ŞOK görüntülər! Ukraynada yer yarıldı-video

  • 31 may 2017, 21:30
Ukraynada dəhşətli hadisə qeydə alınıb.

Ukraynanın paytaxtı Kiyevdə yer altında partlayan qaynar su borusu asfaltın partlamasına səbəb olub.
Təbii fəlakəti xatırladan hadisədə suyun hündürlüyü ətrafdakı binanın 7-ci mərtəbəsinə qədər çatıb.

Dəhşətli hadisə təhlükəsizlik kameralarına düşüb. Hadisədə ölən və ya yaralananlar haqqında məlumat verilməyib.

Partlayış ətrafdakı binaların şüşələrinə, yol kənarındakı avtomobillərə ciddi ziyan vurub.

Ərazi yaxınlığındakı binalarda yaşayan əhali köçürülüb. (publika.az)
Oxşar xəbərlər