Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:50 - 16.09.2019  
Elçibəy "Kəlbəcər olayı"nda Ankaraya irad tutub-video
Tarix: 26-04-2017, 20:23 | Bölmə: ---

İnternetdə Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin 1993- cü ilin aprelində Türkiyənin TRT kanalına verdiyi müsahibə yayılıb.

Elçibəy "Kəlbəcər olayı"nda Ankaraya irad tutub-videoTürkiyənin eks-prezidenti Turqut Özalın Azərbaycana səfəri ərəfəsində götürülmüş bu müsahibədə Əbülfəz Elçibəy rəsmi Ankaraya qarşı bir sıra ittihamlar  irəli sürür.

Prezident Aparatındakı otağında müsahibə verən prezident Elçibəy Kəlbəcərin işğal olunması ilə bağlı danışaraq qeyd edir ki, ordunun məğlubiyyətində mənəvi ruhun aşağı düşməsindən danışmaq düz olmaz. "Ordunu qurmağa vaxt yoxdur. Düşmən üstümüzə gəlir. Bizim nizami ordumuz yoxdur. Bizə vaxt vermədilər. Azərbaycanın bütün kəndlərində şəhidlər xiyabanı var. Ruh yüksəkliyi olmasa bu olarmı?”-deyə prezident bildirir.  

Jurnalistin "Ermənistanla atəşkəs mümkündürmü?” sualının cavabında Elçibəy deyir ki, Azərbaycan atəşin kəsilməsinə razıdır: "Atəşkəslə bağlı  danışıqlar yoxdur. Biz də atəşin kəsilməsini istəyirik. Amma bunun şərtləri var. Bu 3-4 kəlmə ilə danışılmaz. Biz ATƏT-in xətti ilə danışıqlar aparırıq. Həmin danışıqlarda Türkiyənin də nümayəndəsi iştirak edir. Biz hesab edirik ki, o xətlə gedilsə bir uğur qazanmaq olar. Başqa yolu qəbul etmirik”.

Daha sonra prezident Elçibəy Türkiyənin Azərbaycanla bağlı mövqeyini tənqid edir. Dövlət başçısı vurğulayır ki, Türkiyə siyasətdə həmişə bütün dünyaya Azərbaycanın yanında olduğunu bildirir. Amma daha sərt addımlar ata bilərdi. Bu addımlar atılmır.

"Türkiyədən nələr gözləyirsiniz? Bundan sonra Türkiyə nə etməlidir? Sizə necə kömək edə bilər?” sualının cavabı da maraqlıdır. Ə. Elçibəy bildirir ki, o yardımlar haqqında danışmaq istəmir: "Onu gərək türk hökuməti özü düşünsün. Türk hökuməti təcrübəli bir dövlətdir. Kəlbəcər hadisələrində çox çətin bur vəziyyət yaranmışdı. İnsanlar qırılırdı. Mən Türkiyəyə, İrana, Rusiyaya müraciət etdim ki, hərəsi 5-10 helikopter versinlər. Kəlbəcərdə qalan körpələri, qadınları, mülki əhalini atəşin altından çıxarmaq üçün. Heç kim vermədi. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran, nə də Türkiyə… Bunu humanitar bir addım kimi etmək olardı…”

Türk jurnalistinin "bütün günah başqalarındamı?  Anakaradamı? Sizdə yəni heç bir günah yoxdur?”-deyə prezident Elçibəydən soruşur. Elçibəy Kəlbəcərin işğalında çoxlu  insanların səhvi olduğunu etiraf edir: "Bizim də səhvimiz var. Yəni biz Kəlbəcərin işğalını gözləmiridk. Çünki Kəlbəcərin Dağlıq Qarabağa heç bir aiddiyatı yoxdur. Biz hesab edirdik ki, orada özümüzü müdafiə edə bilərik. O işğalda rus əsgərləri də iştirak etdi. Haradan gəliblər? Muzdululardımı? Bilmirik…”

Daha sonra jurnalist Turqut Özalın Bakıya səfəri zamanı hansı məsələnin müzakirə edilməsini soruşur. "Turqut Özalın Bakıya səfəri zamanı onunla nələri müzakirə edəcəksiniz? Bu səfərdən nə gözləyirsiniz?” sualının cavabında Elçibəyin əsəbi və bir az da ironik cavabı sezilir:

"Qardaşım, mən heç bir şey danışmıram. Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: "Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı… Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər.  Vermədilər… Daha nə istəmək olar ki?  Məndən soruşur "nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə bundan sonra nə istəyəcəyəm? İstəməyə bir luzum qalırmı?”

Demokratik.Az həmin videomüsahibəni təqdim edir:

 

(mənbə-Strateq.Az)

Xəbər 3112 dəfə oxunub






Oxşar xəbərlər

General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.43731] initstartout [0.00023] initstartin [0.00107] calstart [0.01769] calend [0.00091] topnewsend [0.00839] rsssend [0.00000] ehgend [0.01776] tagsstart [0.00120] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.39000]