Bakıda avtoritet tutuldu

  • 03 apr 2017, 17:24
Bakıda kriminal avtoritet saxlanılıb.

Report xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-ci Polis Bölməsi əməkdaşlarının rayon ərazisində keçirdiyi əməliyyat zamanı Masallı rayon sakini 33 yaşlı Firidun Bayramov tutulub.

O, Qaradağ rayonu ərazisində bir neçə ağır cinayətin təşkilatçısı olmaqda şübhəli bilinir.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, F.Bayramov "Fedya” ləqəbi ilə tanınır.
Oxşar xəbərlər