Cocuq Mərcanlı ilk addımdır – Məmmədyarov

  • 31 yan 2017, 14:26
Bu, yalnız ilk addımdır. İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına və bərpa olunacağına əminəm.

 

Demokratik.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin azad edilməsi məsələsinə şərh verərkən bildirib.

O, kəndlərin bərpası ilə ilk növbədə Azərbaycan hökumətinin məşğul olacağını, sonradan bu prosesə beynəlxalq təşkilatların da qoşula biləcəyini bildirib. "İlk öncə onları hansı formada bu prosesə cəlb etmək lazım olduğunu bilməliyik", - XİN başçısı vurğulayıb.
 
Demokratik.Az

Oxşar xəbərlər