Demokratik TV
Xəbər lenti
Nursultan Nazarbayev Azərbaycana gəlir
- 27 dek 2016, 17:47
2017-ci ilin birinci yarısında Qazaxıstan Prezidenti
Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
Qeyd edək ki, oktyabrın 12-də N.Nazarbayevin Azərbaycana səfəri planlaşdırılırdı. Lakin dövlət başçısının səhhəti ilə əlaqədar səfər təxirə salınmışdı.
Səfirin sözlərinə görə, həmçinin gələn il Qazaxıstan dövlət qurumlarının bir sıra nümayəndələri Azərbaycana səfər edəcəklər.
B.İsabayev vurğulayıb ki, qlobal iqtisadi böhrana baxmayaraq, Qazaxıstan və Azərbaycan zamanın bu sınağından ən az itkilərlə çıxacaqlar.
B.İsabayev bildirib ki, Qazaxıstan Azərbaycanı Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləyib.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti