“Biz bu qanlı terror cinayətini qətiyyətlə pisləyirik“ - İlham Əliyev

  • 21 dek 2016, 11:41

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. Prezidentin başsağlığı məktubunda bildirilir: 

"Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Demokratik.Az

 

 

 

Oxşar xəbərlər