Ərdoğanın köməkçisi Bakıya gəlir

  • 19 noy 2016, 20:00
Noyabr ayının 22 və 27-də Bakıda Türk filmləri həftəsinə start veriləcək.

Türk filmləri həftəsi öncəsi Türkiyə Prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu və yerli düşüncə dərnəyinin sədri Mətin Gündogdu 21 noyabrda Bakıya gələcəklər.

Yalçın Topçu, Mətin Gündoğdunun iştirakı ilə 21 noyabr saat 11.00- də Avropa Otelində Azərbaycan media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq. Orada Türkiyə -Azərbaycan münasibətləri, 15 iyul hərbi çevrilişə cəhd və millətin zəfəri ilə yanaşı türk filmləri həftəsi mövzusunda danışılacaq.

Mətbuat konfransında, Azərbaycanın əməkdar artisti Azərin 15 Temmuz Gecesi” adlı mahnısını ifa edəcək.

 

Demokratik.Az

Oxşar xəbərlər