Tramp kimi yeni dövlət katibi təyin edəcək?

  • 17 noy 2016, 09:26
Npr.org saytı yazır ki yeni seçilmiş ABŞ prezidenti Donald Trampın xarici siyasətinin istiqaməti onun dövlət katibi vəzifəsinə kimi təyin edəcəyindən bilinəcək. Hələlik iki əsas namizədin adı çəkilir. Nyu- Yorkun keçmiş meri Rudi Culiyani və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton. Bu namizədlərdən hansı Azərbaycan üçün daha sərfəli ola bilər? 

Con Boltonun 2011-ci ilin yayında dediklərini bütün erməni mediası işıqlandırırdı. O vaxt Bolton demişdi ki, Obama hökuməti Dağlıq Qarabağ münaqişəsində açıq şəkildə Azərbaycanı müdafiə etməlidir  Bolton deyirdi ki, Rusiyanın Cənubi Qafqaza nüfuzunun qarşısını almaqda ABŞ hökuməti Cənubi Qafqaza daha çox diqqət yetirməidir. Azərbaycanla bağlı başqa hadisəyə də məhz Bolton reaksiya vermişdi. 2012-ci ildə «Foreign Policy» jurnalı ABŞ hökumətindəki mənbəyə istinadla yazırdı ki, Azərbaycanın İranla sərhəddəki hava limanlarına İsrailə çıxış verilib.

Bolton bu xəbərə reaksiya olaraq Obama hökumətini ittiham etdi ki, administrasiya belə məlumatları qəsdən sızdırır ki, İranın nüvə obyektlərinə hücum planını pozsun.Yeri gəlmişkən onu da qeyd edək ki, o vaxt Azərbaycan hökuməti İsrailə çıxış verilməsi xəbərini təkzib etdi. Npr.org yazır ki, hazırda bütün nəzərlər Nyu- Yorkun keçmiş meri Rudi Culiyaniya dikilib. O, Trampın çoxdankı dostu və seçki kampaniyasında onu dəstəkləyən nüfuzlu şəxslərdən biridir. Ancaq onun xarici siyasət təcrübəsi çox azdır.

«Wall Street Journal» qəzetinə müsahibəsində Culiyani dövlət katibi vəzifəsini tutmağa maraq göstərdiyini gizlətməyib. O, xarici siyasətdən də danışıb. Deyib ki, İranla nüvə razılaşmasında Trampın bir neçə imkanı var. Çünki Konqres bu razılaşmanı heç vaxt ratifikasiya etməyib. Keçmiş merin fikrincə, yeni ABŞ hökumətyinin əsas diqqəti isə birinci növbədə İŞİD-lə mübarizədə cəmlənməlidir.

Bu ilin sentybarında ABC televiziyasının qonağı olan Giuliani Trampın "İraq neftini götürmək" fikrini müdafiə edib. Jurnalist soruşub ki, bu, qanunsuz deyilmi? Özü keçmiş prokuropr olan Culiyani cavab verib ki, "əlbəttə, qanunidir. Müharibədir, ona görə qanunidir, müharibə qurtarana qədər hər şey leqaldır".

Dövlət katibi vəzifəsinə digər namizəd kimi ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltonun adını çəkirlər. Onun İran razılaşmasına baxışları daha aydındır. Bolton «New York Post» qəzetində yazıb ki, onun fikrincə, Tramp İran razılamasından dönməlidir. Bolton Buşun prezidentliyi dövründə BMT-də səfir olanda özünün sərtliyi ilə tanınıb. Ondan əvvəl isə Bolton Dövlət Departamentində beynəlxalq təhlükəsizlik və silahlara nəzarət üzrə dövlət katibinin müavini idi. O həmin vəzifəni tutanda Buş hökuməti Şimali Koreya ilə 1994-cü ildə bağlanmış silahlara nəzarət çərçivə razılamasını məhv etdi.

Npr.org yazır ki, Boltonun sərt tərzi onun Konqresdə təsdqinə maneə ola bilər. «Politico» məcmuəsi isə bildirir ki,Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Kentukkidən olan Senator Rand Raulun dediyinə görə, o,Boltonun namizdliyinin əleyhinədir.

Culiyaninin isə problemi başqadır. O, İranın sürgündə olan qrupu Mujahedini Xalq qarşısında çıxışlar edib və buna görə qonorar alıb. 2012-ci ildə isə ABŞ bu qrupu terrorçu qruplar siyahısına saldı.

Dövlət katibi vəzifəsinə digər namiəzdlər arasında Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corkerin də adı hallanır.O, Rusiyaya qarşı daha sərt mövqeyin tərəfdarıdır. 

azadlıq.org
Oxşar xəbərlər