Demokratik TV
Xəbər lenti
Əliyev və Poroşenko telefonla danışdı
- 10 noy 2016, 08:24
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.
P.Poroşenko Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan liderini təbrik edib.
Tərəflər iyulun 14-də Bakıda keçirilmiş görüşdə əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluq ifadə ediblər.
P.Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü davamlı və ardıcıl dəstəklədiyinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Pyotr Poroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfər dəvət edib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti