Fransa “erməni soyqırımı”nın inkarını kriminallaşdırıb - niyəsi millət vəkilindən ?

  • 16 okt 2016, 17:38
Fransa "erməni soyqırımı”nın inkarını kriminallaşdırıb. Belə ki, Fransa Senatı soyqırımların, o cümlədən uydurma "erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu barədə Fransadakı erməni təşkilatlarının koordinatoru Murad Papazyan məlumat yayıb.O qeyd edib ki, qanun layihəsinin lehinə 156, əleyhinə 146 nəfər səs verib.

Fransa Senatının bu addımına münasibət bildirən millət vəkili Fərəc Quliyev söyləyib ki, məlum qanun layihəsi onda təccüb doğurmayıb. Çünki Fransa həmişə Azərbaycana və türk dünyasına qarşı qərəzli möqve sərgiləyib: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini qorumalıdırlar. Amma qorumur. Bundan başaq digər həmsədr ölkə olan Rusiya da silanlanma prosesində Ermənistana dəstək göstərir və balans yaradır. Misnk qrupunun digər üzvü olan ABş isə Ermənistana siyasi meydanda dəstək verir. Onlar proseslərin dinc yolla həllindı maraqlı deyillər. Görünür, onların məqsədi türk dünyasına qarşı mübarizə aparmaqdır. Ədalətsiz olduqlarını, doğru davranmadıqlarını qəti şəkildə bilirlər. Bir vaxt "Şərq planı" adlı bir plan vardı. Göründüyü kimi indi də qafalarına taxdıqları həmin planı dəyişməyiblər. Yenə də Türkiyə və Azərbaycan daxil olmaqla türk dünyasının deyil, özlərinə dini və digər baxımda bir köynək yaxın olan ədalətsiz Ermənistanın yanında olmağı seçiblər. Bu açıq -aydın düşmən davranışdır. Biz də belə məsələləri malalamalı deyilik və yeri gəldikcə adekvat cavablar veriməliyik. Ona görə ki, Fransa başda olmaqla Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri , rolu dabılmazdı. Eyni zamanda Azərbayanın bütün dinlərə münasibəti, Azərbaycanın Avropa dəyərlərinə sayğılı münasibəti, Avropada baş tutan bütün tədbirlərə Azərbaycanın verdiyi töhvə onlara bəs etmir. Hesab edirəm ki, biz siyasətimizdə redaktələr etməliyik və belə dövlətlərin bizdən umduqlarına zərbə vurmağı bacarmalıyıq. Yeri düşəndə onlara eyni səviyyədə adekvat cavab verməliyik. Fransa Əlcəzair və başqa Ərəb dövlətlərində qırğınlar, soyqrımlar törədən bir ölkədir. Azərbaycanın və yaxud da Türkiyənin hər hansı bir ərazisində olmayan bir məsələdən niyə şou düzəldirlər. ? Qərəzli yanaşmadır və düşünürəm ki, bunun cavabı verilməlidir".
Oxşar xəbərlər