İlham Əliyev növbədənkənar prezident seçkisinə gedəcəkmi?

  • 07 okt 2016, 09:08
Oktyabrın 21-də Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun yekun nəticələrini elan edəcək. Oktyabrın 22-də isə dövlət başçısı növbədənkənar prezident seçiksinin keçirilməsi ilə bağlı sərəncam imzalayır. Növbədənkənar prezident seçkisi dekabrın 22-ə nəzərdə tutulub. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, artıq dairə və məntəqə seçki komissiyasının üzvlərinə ilkin seçki hazırlıqlarına başlamaq tapşırığı verilib: "Dekabrın sonuna qədər seçki komissiyalarının üzvlərinə iş başında olmaq tapşırığı verilib. Artıq ilkin hazırlıqlar başlayıb və MSK seçici siyahılarını bir daha dəqiqləşdirməklə məşğuldur". 

Mənbənin bildirdiyinə görə, yeniləşmiş konstitusiya növbədənkənar prezident seçkisini zəruri və qaçılmaz edir: Sentyabrın 26-da səsverməyə çıxarılan layihədə keçid müddəaları əksini tapmayıb. Əgər keçid müddəaları olsaydı və orada göstərilsəydi ki, "yeniləşmiş konstitusiya səlahiyyətləri indiki konstitusiya ilə seçilmiş prezidentə də şamil edilir", onda növbədəkənar prezident seçkisinə ehtiyac qalmazdı. Ona görə də referendumdan sonra hazırkı dövlət başçısı yeni səlahiyyətlərinin icrasına başlaya bilməz. Məsələn, yeniləşmiş konstitusiyada nəzərdə tutulan vitse-prezidentlik institutunun yaradılması ilə bağlı fərman verə bilməz. Bu səlahiyyət referendumdan sonra seçiləcək prezidentə məxsus olacaq. Ona görə də növbədənkənar prezident seçkisi vacibdir".

 

Demokratik.Az

Oxşar xəbərlər