İlham Əliyevdən Şimon Peresin vəfatı ilə bağlı BAŞSAĞLIĞI

  • 28 sen 2016, 15:43

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti  Reuven Rivlinə İsrailin keçmiş prezidenti, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı ilə bağlı başsağlığı verib.

 

Demokratik.Az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

 

Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

Demokratik.Az

Oxşar xəbərlər