Xəbər lenti
Bütün xəbərlər

Sahib Kərimli Milli Şuradan qovuldu - niyəsi?

  • 15 sen 2016, 18:32

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan çıxarılıb.

 

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı bildirib.

 

Qərar Milli Şuranın Koordinasiya Mərkəzinin sonuncu iclasında qəbul olunub.

 

G. Bayramlı deyib ki, S. Kərimli Milli Şuranın mitinqlərinin əleyhinə təbliğat apardığı üçün qurumdan uzaqlaşdırılıb. G. Bayramlı S. Kərimlinin AXCP-dən də uzaqlaşdırılacağını istisna etməyib: "Sahib Kərimli AXCP-nin Şəki rayon şöbəsinin üzvüdür. Şəki rayon şöbəsi Sahib Kərimlinin fəaliyyəti ilə bağlı bir neçə də narahatlığını ifadə edib. Sahib Kərimli ilə bağlı məsələyə Şəki rayon şöbəsində, yaxud Rəyasət Heyətində baxıla bilər”.

 

Qeyd edək ki, S. Kərimli AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub

Oxşar xəbərlər