Hafiz Hacıyev: “Kül Әli Kərimlinin başına”

  • 12 sen 2016, 20:35
Son günlər turk mətbuatında Əli Kərimli və ətrafının Fətullah Gülənlə əlaqələri barədə yazılar dərc olunur. Görəsən siyasilərin buna münasibəti necədir?

Digər tərəfdən Əli Kərimlinin rəhbəri olduğu "Azadlıq" qəzeti də özünü sığörtalamaq üçün bu ittihamlara cavab vermək əvəzinə dövlət məmurlarını və strukturlarının adını Gülənlə hallandırıb izi azdırmağa çalışır. Görəsən ictimaiyyət bu cür cəhdləri necə qiymətləndirir?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a açıqlamasında Kərimov Əlini özünü qoruyub saxlaya bilməyən cılız bir adam kimi xarakterizə etdi:

"Kərimov Əli kimdir ki, o özünü qoruyub saxlaya bilməyən bir adamdır. Kərimov Əli nə edə bilər ki? Onlar ac yalavac küçələrdə dilənirlər. Arada bir Qərbdən kimlərsə ona tula payı atır. Gəlin hörmətsiz olanların hörmətini qaldırmayaq. Kərimov Əli kimdir, onun başına kül olsun. Neçə il milləti aldatdı ki, müxalifətəm, gəlirəm. Amma qorxusundan evindən çölə çıxa bilmir. O moşşeynikdir. Yalandan hürürlər. Kərimov Əli uzaq başı donos verə, Amerikaya agentlik edə bilər. ”

 

Demokratik.Az

Oxşar xəbərlər