Ərdoğan Putindən bu sahədə məsləhət aldı

  • 09 sen 2016, 00:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə FETÖ lideri Fətullah Güləndən danışıb.
 
Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi Roman Silantyev Sputnik-ə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Gülənə qarşı aktiv mübarizəyə başlayan Ərdoğan Putindən bəzi məsləhətlər də alıb:
 
"Ərdoğan Gülənə qarşı ciddi mübarizəyə başladı. Bu mövzuda o, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan Gülən məktəblərinin bağlanmasını xahiş etdi. Azərbaycan və Qazaxıstan bunu anlayışla qarşılasa da, Qırğızıstan etiraz etdi.
 
Ərdoğan avqust səfərində Putinə Güləndən xeyli şikayət etdi. Ancaq Moskva bu sahədə hələ uzun illər əvvəl ciddi addımlar atmışdı”.
Oxşar xəbərlər