Demokratik TV
Xəbər lenti
Sergey Lavrov gələn həftə Bakıya gəlir
- 01 iyul 2016, 11:07
Elmar Məmmədyarov: "Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi Sergey Lavrovun səfərindən asılı olacaq".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Bakıya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.
Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə bu haqda danışan Məmmədyarov, Lavrovun səfərinin detalları barədə əlavə məlumat verməyib.
"Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq", — XİN rəhbəri vurğulayıb.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti