Sarkisyan Qarabağa gəlib Lələ təpəyə baxdı… – VİDEO – FOTOLAR

  • 23 iyun 2016, 11:32

Qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın cəbhənin hansı istiqamətinə səfər etdiyi məlum olub.

Modern.az saytı xəbər verir ki, Sarkisyan əvvəlcə Xankəndinə gedərək burada separatçı rejimin "rəhbərliyi” ilə görüşüb. Sonra cəbhənin cənub istiqamətinə gəlib. O, cəbhə xəttində hərbçilərlə müşavirə də keçirib.

Məlumata görə, Sarkisyan "aprel döyüşləri”nin getdiyi bölgəyə – Azərbaycanın Cəbrail və Füzuli rayonları istiqamətinə baş çəkib. İşğalçı prezidenti çox sayda hərbçi müşaiyət edib.

Sarkisyan Cəbrayıl rayonu ərazisində ordumuzun işğaldan azad etdiyi Lələ təpəyə uzaqdan baxıb, ərazini müşahidə edib…

Serj Sarkisyanın bu gün də Qarabağ ərazisində bəzi tədbirlərdə iştirak edəcəyi gözlənilir.


Oxşar xəbərlər