Azərbaycan və Ermənistan prezidentləri Varşavada görüşə bilər

  • 22 iyun 2016, 13:53
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Varşavada ola bilər.
Demokratik.Az bildirir ki,bu barədə xəbərlər yayılıb.İddianın Ermənistanın "lragir” saytına məxsus olduğu yazılır.

Erməni saytı yazır ki, iyul ayında Varşavada NATO sammitinin keçirilməsi nəzərdə tutulur: "Varşava sammitinə Azərbaycan və Ermənistan prezidentləri dəvət olunarsa, güman ki, Qərb Qarabağla bağlı görüşü də təşkil edəcək. İki il əvvəl Dövlət katibi Con Kerrinin iştirakı ilə NATO-nun Uels sammitində prezidentlər görüşdü. Bu görüş Soçi görüşündən dərhal sonra baş tutdu. Sankt-Peterburq görüşündə isə Rusiya bu ardıcıllığı izlədi. Belə ki, Vyanadan sonra Rusiya görüş təşkil etdi. Bu ardıcıllığı izləsək, Varşavada görüşün təşkil ediləcəyi gözləniləndir”.

 

Demokratik.Az

Oxşar xəbərlər