Putin təcili Bakıya gələ bilər

  • 08 may 2016, 13:15
Bəzi hallarda özünün gözlənilməz  siyasi qərarları ilə təəccübləndirən Rusiya prezidenti Vladimir Putin Bakıya bir günlük təcili səfər edə bilər. Bu barədə  haqqın.az-a  Rusiya hökumətinə yaxın  mənbələrdən bildirilib.
 
Mənbə bildirib ki, Vladimir Putinin  Bakıya  səfəri  ən yaxın günlərdə baş verə bilər. Hətta  Rusiya prezidentinin Bakıya səfəri üçün  komandaya təyyarənin hazırlanması barədə göstəriş verilib.
 
Bakıya gözlənilməz səfər  Rusiya prezidentinin  hansısa təcili missiyasıdan xəbər verir.
Bununla belə, mənbə bildirib ki, son qərar  Vladimir Putinin Azərbaycan, həmçinin  Ermənistan rəhbərliyi ilə  konsultasiyalarından sonra veriləcək.
 
Demokratik.Az
Oxşar xəbərlər