«ABŞ Putini aldatdı»

  • 16 mart 2016, 20:21

Xaləddin İbrahimli: «Rusiya iqtisadiyyatı onun Suriyada uzun müddət qalmasına imkan vermirdi»

Türkiyədə yaşayan azərbaycanlı politoloq Xaləddin İbrahimli Rusiya prezidenti Vladmir Putinin Suriyadan çəkilomək qəranı bizimyol.info-ya şərh edib. Politoloq bildirib ki, Rusiya iqtisadiyyatı onun Suriyada uzun müddət qalmasına imkan vermirdi və bu qərar əsasən buradan qaynaqlanır.
«Bəs Rusiyanın Suriyada nə işi vardı? İddia edildiyi kimi o İŞİD-i dağıtdımı, Bəşər Əsədi müdafiə etdimi, terroru ortadan qaldırdımı? Bu iddialar sadəcə boş və əsassız bəhanələr idi. O zaman haqlı sual yaranır -Rusiyanın Orta Doğuda nə işi vardı? ABŞ aldatdı ki, embarqoları qaldıracam, neftin qiyməti geri dönəcək. Lakin yaxın zamanlarda biz bunu görəcəyik. Yəni embarqolar qalxacaqmı? Məncə, ABŞ bu dəfə də Putinin xarakterindən istifadə edib Rusiyanı aldatdı. Gözlənilmədən Suriyanı tərk etmək bundan xəbər verir»-deyəX.İbrahimli vurğulayıb.

Oxşar xəbərlər