Xəbər lenti
Bütün xəbərlər

"Türkiyənin şansı var" - Almaniya

  • 11 mar 2016, 21:04

 

"Türkiyənin Avropa Birliyinə üzv olmaq şansı var".
 
Bu sözləri Almaniyanın Federal Müdafiə naziri Ursula Von Der Leyen deyib.
 
O bildirib ki, Türkiyənin üzvlük məsələsi ilə bağlı müzakirələr getdikcə sürətlənir:
 
"Müzakirələr uzun müddət davam edəcək. Türkiyənin AB-yə üzvlüyü bu ölkənin insanlarına da müsbət təsiri olacaq. Bu məsələ miqrant böhranı ilə əlaqələndirilməməlidir”.
 
Almaniyanın Federal Ədliyyə naziri Heyko Maas isə bildirib ki, Türkiyənin AB-yə üzv olması üçün rəsmi Ankara media azadlığı və hüquq sahəsində müəyyən addımlar atmalıdır.

axar.az
Oxşar xəbərlər