Demokratik TV
Xəbər lenti
PKK Qarabağı ələ keçirə bilər
- 09 fev 2016, 20:13
PKK terror təşkilatının yüksək vəzifəli şəxsləri Qəndildən Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa yerləşməyə başlayıb.

O, Ermənistanın PKK-ya Qarabağdan hərbi baza kimi istifadə etməsinə icazə verdiyini bildirib:
"Türkiyənin anti-terror əməliyyatlarına görə çətin vəziyyətə düşən PKK rəhbərliyi Qəndili özlərini daha rahat hiss etdikləri və hərbi düşərgələrin olduğu Dağlıq Qarabağla əvəzləyiblər. Ermənistan Qarabağa PKK və digər təşkilatları yerləşdirməklə üstünlük qazanmaq istəyir. Azərbaycan ordusunun işğal altındakı torpaqları geri almaq üçün döyüşə hazır olduğunu bilən və bu cür təşkilatların gücünə ehtiyac duyan Ermənistan PKK-nın Qarabağdan baza kimi istifadə etməsinə icazə verib. Rusiya ilə Ermənistan tarixən Qafqaz kürdlərindən məqsədləri üçün istifadə edib. Onlar yaratmaq istədikləri Qızıl Kürdüstan kartını yenidən PKK ilə oynamaq istəyirlər. Bunun nə kürdlərə, nə də region xalqına faydası olacaq. Qafqaz kürdləri bu tələyə düşməməlidir. Türkiyə ilə Azərbaycan bu məsələdə lazımi tədbirləri görməli, Rusiya ilə Ermənistanın hiyləgər oyununa son verməlidirlər”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti