Nazirlik xarici bazarlarda 2 mlrd. dollarlıq istiqraz yerləşdirəcək

  • 28 yan 2016, 17:51
Maliyyə Nazirliyi xarici maliyyə bazarlarında istiqrazlar yerləşdirməyi nəzərdə tutur.

Bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, bununla bağlı aparıcı menecerlər də artıq seçilib - bunlar "CitiBank", "JP Morgan" və "UniCreditBank"dır.

S. Şərifov əlavə edib ki, xarici bazarlarda yerləşdiriləcək istiqrazların ümumi dəyəri 2 mlrd. ABŞ dollarıdır.

APA.az
Oxşar xəbərlər