“İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək”

  • 23 yan 2016, 17:11
Azərbaycan Prezidenti İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycan prezidenti ilə görüşündən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.
 
Onun sözlərinə görə, Davosda baş tutan görüşdə qaz təchizatı mövzusuna toxunulmayıb: "Prezident İlham Əliyevlə görüş səmimi dostluq şəraitində keçib. Biz, həqiqətən, qaz təchizatı barədə  danışmadıq. Qeyd etmək istəyirəm ki, bu, texniki xarakterli görüş idi. Dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Biz  birgə İpək Yolu, Bakı-Tiflis-Qars layihələrini həyata keçiririk, ölkələrimizin iqtisadi yüksəlişi üçün vacib mənbə yaradırıq," deyə Kvirikaşvili bildirib.
 
Gürcüstan baş nazirinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir: "Biz cənab Əliyevin tezliklə Gürcüstana səfərə edəcəyinə dair razılığa gəldik", deyə baş nazir əlavə edib.
Oxşar xəbərlər