Xəbər lenti
Bütün xəbərlər

Prezidentlər yenə görüşəcək

  • 04 yan 2016, 20:45

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan növbəti dəfə Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.

 

 

Report
 xəbər verir ki, bunu açıqlamasında Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib.

 

 

Nazaruk Qarabağ kimi "qaynar" yox "soyuq" rejimdə olan münaqişələrin həlli üçün danışıqlar aparmağın lazım olduğuna diqqət çəkib:

 

"Əslində, ATƏT-in Minsk Qrupu da buna istiqamətlənib. Əminəm ki, əlaqələr qurulmağa başlayanda, bir-birini böyük anlamda başa düşmə vəziyyəti yaranır, biz bir-birimizi başa düşdükdə isə, deməli, əlavə etimad elementləri ortaya çıxır. Mən əminəm ki, bu, yeganə düzgün yoldur. Yəni heç bir "qaynar faza"ya keçid olmadan, danışıqlar aparmaq və sakit ünsiyyət".

 

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə ötən ilin 19 dekabr tarixində İsveçrənin paytaxtı Bern şəhərində görüşüblər və 2016-cı ildə Dağlıq Qarabağ üzrə danışıqları davam etdirmək barədə razılıq əldə ediblər.

Oxşar xəbərlər