Səudiyyə Ərəbistanı İrana nota verdi

  • 03 yan 2016, 11:15
Səudiyyə Ərəbistanı İrana nota verib.
Demokratik.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı xarici işlər nazirliyi İranın Ər-Riyaddakı səfirini çağıraraq, şiə din xadimi  Nemr  ən-Nemrin edam edilməsinə görə İrandan edilən açıqlamalarla əlaqədar nota təqdim edib. 
 
Məlumatı  Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA təsdiqləyib. 

Notada bildirilir ki, bu gün  (dünən: red) şəriət hökmləri çərçivəsində icra edilən edam cəzalarına görə İrandan edilən açıqlamalar düşmənçilik xarakteri daşıyır.
 
"Mühakimə prosesi tamamilə hüquqi proseslər sonunda  verilib. İranın bu cür açıqlamaları Səudiyyə Ərəbistanının  daxili işlərinə açıq müdaxilədir." deyə notada bildirilir.
Oxşar xəbərlər