Rusiya 1917-ci il siyasətinə qayıdır?

  • 02 yan 2016, 19:55
Politoloqdan həyəcanlı xəbərdarlıq: "Biz indidən başımızın çarəsini qılmalıyıq!”


Rusiya-Türkiyə münasibətləri 2016-ci ilin  ilk  günlərindən başlayaraq daha gərgin  müstəviyə adlayıb. Yanvarın 1-dən etibarən birtərəfli qaydada Türkiyə ilə vizalı rejimin  tətbiqinə başlayan, türk məhsullarına sanksiyalar tətbiq edən Rusiya hökuməti Ankara ilə  körpülərin tamamilə yandırılması istiqamətində növbəti addım atıb.


Belə ki, Rusiyanın baş naziri Dmitri Medvedev rusiyalı iş adamlarına Türkiyə vətəndaşlarını işə qəbul etməyi qadağan edən sərəncam imzalayıb. Eyni zamanda Türkiyə vətəndaşlarının nəzarəti altında olan şirkətlərə qadağan edilmiş iş və xidmətlərin siyahısı da təsdiqlənib.
Sərəncama əsasən, türk şirkətləri Rusiyada tikinti və memarlıq materiallarının satışını həyata keçirə bilməyəcək. Həmçinin Türkiyə şirkətlərinə Rusiyada ağac emalı ilə məşğul olmaq da qadağandır. Qeyd edək ki,  yanvarın 1-dən Türkiyədən Rusiyaya quş əti, baş soğan, tomat, gül kələmi və brokkoli, xiyar və kornişon, portağal, naringi, üzüm, alma, armud, ərik, şaftalı və nektarin, gavalı, göyəm, çiyələk və digər məhsullar qadağan edilib.

İki paytax arasındakı gərginliklər vaxtaşırı virtual aləmdə də savaşa səbəb olur. Rusiya hakerlərinin Türkiyənin bir neçə saytına hücumuna Türkiyədən cavab gəlib. Türkiyənin "Ayyıldız Tim” adlı haker qrupu Rusiyanın 61 saytını dağıdıb və həmin saytlarda Mustafa Kamal Atatürkün, həmçinin Türkiyə bayrağının fotosu yerləşdirilib. Azərbaycanı da ciddi şəkildə narahat edən bu gərginliyin perspektivləri barədə ekspertlərin fikirlərini öyrəndik. 

Politoloq Ərəstun Oruclu Musavat.com-a açıqlamasında bildirdi ki, 2016-cı ildə bu münasibətlər sərtləşməyə doğru gedəcək, il "soyuq münasibətlər ili” olacaq, lakin münasibətlərin böyük savaşa keçməsi inandırıcı deyil: "Putin özü də mətbuat konfransında dedi ki, biz indi uzunmüddətdli daxili resurslarımızı səfərbər etmək yoluna keçməliyik. Bu da anlaşılanmdır. Artıq Rusiyanın neftə ümidi puç olmaq üzrədir. Digər tərəfdən, Rusiyaya tətbiq olunan sanksiyalar ortadadır. İlk baxışdan həmin situasiyada Rusiyanın Ukrayna və Türkiyəyə sanksiya tətbiq etməyi bir qədər məntiqsiz görünürdü. 

Amma görünür Rusiya artıq 1917-ci il inqilabından sonra tutulan yolla getmək istəyir. Yəni tam olaraq daxili daxili resurslardan səmərəli istifadəyə və daxili imkanların genişləndirilməsi yoluna keçmək niyyətindədir. Bu, nə dərəcədə səmərəli olacaq, demək bir qədər çətindir. Amma nəzərə alsaq ki, Rusiyanın daxili resursları həqiqətən yetərincədir, o halda məsələn, 2-3 ildən sonra ən azı özünün ərzaq təhlükəsizliyini və digər hansısa istehlak və istehsal səviyyəsini təmin edə bilməsi  mümkündür”. Amma Ə.Oruclu əlavə  etdi ki, müasir dünya təkcə ərzaq və istehlak mallarından ibarət deyil: "Artıq dünya texnoloji inkişaf dünyası, kommunikasiyalar zərurəti olan bir dünyadır. Ona görə də düzü, mən buna bir az şübhə ilə baxıram ki, burda hansısa ciddi uğurlar əldə etmək olar. Amma nəzərə alsaq ki, Rusyada mövcud rejim avtoritar rejimdir və belə rejimləlr üçün prioritet onun öz maraqlarıdır. Yəni dövlət və millət marağından çox hakimiyyət marağıdır. Görünür, bunlar hakimiyyəti qorumaq üçün bunlar belə bir millətçi, qapalı rejim şəraitinə keçməyə doğru gedirlər. Bu, nə dərəcədə uğurlu olacaq, bilmirəm, amma mənə şübhəli görünür. Ona görə ki, Rusİyanın daxilində kifayət qədər ciddi ziddiyyətlər var. Məsələn, 1917-ci ildən fərqli olaraq, bu gün Rusiya oliqarxiyası mövcuddur. Rusiya oliqarxiyası infilyasiya olunmuş oliqarxiyadır və bu şəraitdə o, ağır itkilər verib. O, bu itkilərlə hara qədər, nə dərəcədə hesablaşacaq, demək bir qədər çətindir. Digər tərəfdən, hakimiyyət də görünür belə qərarlar verdikrə əhalinin əsasən, potriot ruhlu əksəriyyətinə söykənir. Amma hər halda birmənalı fakir söyləmək asan deyil”. Politoloq hesab edir ki, bu gərginlik həm Türkiyə, həm də Rusiyanın ciddi itkiləri ilə müşayiət olunur: "İtkiləri hər ikisi itki verir. Amma nəzərə alsaq ki, Türkiyə təcrid səviyyəsində deyil, təbii olaraq Rusiyanın itkiləri daha çox olacaq”.

Ə.Oruclu Rusiya-Türkiyə münasibətlərindəki gərginliklərindən danışarkən bir zəruri qeydini də  etdi: "Bunun çox böyük çətinlikləri Rusiyanın ətrafındakı kiçik  müstəqil dövlətlərə  olacaq, o cümlədən bizə. Nəzərə alsaq ki, biz də faktiki olaraq müəyyən mənada sanksiyalar təhlükəsi ilə üz-üzəyik. Bu cür təklənmə şəraitində, Rusiyanın qıcıqlı dönəmində onun zərbələrindən biri də bizə dəyə bilər. İndiki situasiyada Azərbaycan üçün çıxış yolunun nədən ibarət olmasına gəlincə, ekspert bunları bildirdi: "Çıxış yolu ən azı Qərblə müəyyən dil tapıb xarici siyasətdə diversifikasiyaya getmək lazımdır. Yəni birmənalı olaraq təcrid olunmaq lazım deyil. Çünki Qərbdən təcrid olunmaq elə Rusiya kimi dünyadan təcrid olunmaq deməkdir. Rusiya hələ böyük ölkədir, bu ölkədə Çin və başqa dövlətlərin marağı ola bilər. Amma bizə belə  maraq olmayacaq. Ona görə də biz indidən başımızın çarəsini qılmalıyıq!”
 
"Atlas” Araçşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Rusiya-Türkiyə münasibətlərində siyasi müstəvidə gərginlik ilböyu yaşanacaq: "Böyük ehtimalla gələn il siyasi təmaslar olmayacaq. Moskva təyyarənin vurulmasıyla bağlı mövzuyla kifayətlənməyərək Türkiyəyə hər istiqamətdə problemlər yaşatmağa çalışır. Kreml Türkiyənin daxili işlərinə qarışır. İş o yerə çatıb ki, Moskva PKK-ya dəstək verməyə başlayıb. Görünür, Kreml bu siyasətini 2016-cı ildə də davam etdirəcək”. Lakin E.Şahinoğlu hesab edir ki, vəziyyətin kritikliyinə baxmayaraq, Kreml bu il  ərzində Türkiyə ilə böyük iqtisadi layihələrdən imtina etməyəcək: "Rusiya Türkiyəyə qaz ixracatını da davam etdirəcək, "Türk axını”ndan və nüvə elektrik mərkəzinin inşasından da imtina etməyəcək. Ancaq əgər Rusiya Türkiyədən imtina etmək məqsədilə hansısa istiqamətdə Türkiyə təyyarəsini vursa, Ankara özü Rusiya ilə olan-qalan münabisətlərdən imtina edəcək. Əgər Rusiya günün  birində Türkiyəyə məxsus təyyarəni vurarsa, bu, hərbi toqquşma təhlükəsini artıra bilər. Rusiya-Türkiyə hərbi toqquşması ehtimalı Dağlıq Qarabağda da toqquşma ehtimalını artıracaq”.
Oxşar xəbərlər