Rusiya Azərbaycanla sərhəddə antiterror qərargahı yaratdı

  • 27 dek 2015, 10:17

Rusiyada Azərbaycanla sərhəddə terrorla mübarizə üçün operativ qərargahın yaradılması barədə sərəncam imzalanıb.

Demokratik.Az-ın məlumatına görə Strateq.az Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, Putinin sərəncamı ilə ölkənin dənizboyu şəhərlərində quvvələrin terrorla mübarizəsini planlaşdırılmasını təşkil etmək üçün operativ qərargahlar yaradılır.

Sərəncama əsasən, belə operativ qərargah Xəzər dənizi sahilində yerləşən Kaspiysk şəhərində yaradılacaq. Bundan başqa, Murmanskda, Petropavlovsk-Kamçatkada, Simferopolda və Cənubi Saxalində də belə "ştab"ların formalaşdırılması nəzərdə tutulub.

Putinin bu sərəncamında qeyd olunur ki, yeni yaradılmış qərargahların işi ilə bağlı Milli Antiterror Komitəsinin nizamnaməsinə əlavələr ediləcək.

Dağıstandakı Kaspiysk şəhəri Mahaçqala və Dərbənd arasında yerləşir.

SSRİ vaxtı yaradılan bu şəhərdə hərbi-sənaye kompleksinin sifarişlərini yerinə yetirən qapalı zavodlar fəaliyyət göstərib.

 

Demokratik.Az