Tofiq Yaqublunun portreti Parisdəki sərgidə

  • 19 dek 2015, 20:19
Parisdə "Azadlıq üçün çək" adlı sərgi keçirilib. Sərgini Norveç Helsinki Komitəsi ile FİDH beynəlxalq insan hüquqları təşkilatı birgə həyata keçiriblər. Bu barədə vicdan məhbusu Tofiq Yaqubkunun qızı Nigar Yaqublu sosial şəbəkədəki səhifəsində məlumat və müvafiq şəkil yayıb. 

Bu sərgidə qəzetimizin köşə yazarı, Müsavat Partiyası başqanının mavini Tofiq Yaqublunun da rəssam tərəfindən çəkilmiş portreti nümayiş olunub.

Qeyd edək ki, Norveçin Helsinki Komitəsi və FİDH insan haqları təşkilatı vaxtaşırı bu cür sərgilər keçirir, insanların diqqətini siyasi motivlərlə həbs edilən insanların problemlərinə yönəldirlər.

Musavat.com
Oxşar xəbərlər