Türkiyədən Rusiyaya sərt cavab: "Qorxmuruq..."

  • 11 dek 2015, 21:13

 

"Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməməyimiz qorxudan deyil. Sadəcə səbrlə və sivil dövlət olaraq davranırıq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata müsahibəsində bildirib.

XİN başçısı Türkiyənin səbrlə davranmasının səbəblərini belə izah edib: "Ancaq bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə, əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq”.

Virtualaz.org saytının xəbər verdiyi kimi, Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəni nəzərdə tutaraq bir sıra sərt bəyanatlar verib.

"Olduqca sərt hərəkət etməyi əmr edirəm. Rusiya qruplaşmasını və ya bizim yerüstü infrastrukturumuzu təhdid edən istənilən hədəf dərhal məhv edilməlidir” - deyə Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib.
Oxşar xəbərlər